Səbət
    Güney Azərbaycan: Tarixin yol ayrıcında (1939-1945)
    Cəmil Həsənli

    Güney Azərbaycan: Tarixin yol ayrıcında (1939-1945)

    14.99₼


    Məhsulun kodu: WIB6KS80ND
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-38-571-7
    Səhifə sayı: 496
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    London Universitetinin Tarix Araşdırmalar İnstitutunun dəvətli tədqiqatçısı Professor Cəmil Həsənlinin oxuculara təqdim edilən bu kitabı “Güney Azərbaycan” mövzusunda onun uzun illər apardığı elmi axtarışların məhsuludur. Kitab elmi-publisistik səpkidə yazılmışdır. Onu müəllifin “Şirinli-acılı Təbriz hekayələri” də adlandırmaq olar. Gerçəkdən adam bu hekayələrin sehrinə düşür, Güneyin tarixində önəmli rol oynayan “21 Azər” hərəkatına gedən yolun yolçusu olur. Kitab Güney və Quzey azərbaycanlıların ortaq sevgisindən doğan Milli Hökumətin yaranması və ilk addımları haqda məlumatları oxucuya çatdırır. “Fədai” dəstələrinin qəhrəman mübarizəsi, Təbriz ziyalılarının ana dili yanğısı, Sovet Azərbaycanından Güneyə ezam edilmiş siyasi işçilərin kövrək duyğuları bu əsərin əsas qayəsini təşkil edir.Kitabda Azərbaycan mövzusunun beynəlxalq aləmə çıxması, diplomatik müzakirələrə daxil olması, Sovetlərin İranda neft istəkləri, “Güney Azərbaycan” məsələsinin dövlətlərarası çəkişməyə səbəb olması və digər maraqlı məsələlər öz əksini tapmışdır. Onun hazırlanması üçün müəllif Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya və digər ölkələrin nadir arxiv materiallarından geniş istifadə etmişdir. Kitabda “Soyuq müharibə” erasının məhz Güney Azərbaycandan başlanması, Qərb – Şərq qarşıdurmasının Təbrizdən keçməsi bir sıra sirli məqamlardan xəbər verir. Kitabın səhifələrində əksini tapan “21 Azər”in milli taleyimizə işıq tutan dramatik hadisələri qəlbinizi ovsunlayacaq. Kitab, içində VƏTƏN sevgisi, Təbriz həsrəti yaşadan oxucular üçün nəzərdə tutulmuşdur.

    Oxşar kitablar

    Cəmil Həsənli

    Azərbaycanda Sovet Liberalizmi

    17.99₼
    Neygel Kavtern

    Tiranlar

    11.49₼
    Fidel Kastro

    Düşüncələrim

    8.50₼
    Samuel N. Kramer

    Tarix Şumerdə başlayır

    14.99₼
    Yuval Noah Harari

    Homo Deus Sabahın qısa tarixi

    14.99₼
    Məhəmməd Əmin Rəsulzadə

    İran yazıları

    6.99₼
    E.V. Tarle

    Napoleon

    11.99₼
    Simen Ekern

    Avropalılar

    11.99₼