Səbət
    Təbriz -1946-cı il: Milli hökümətin zəfər və faciəsi
    Cəmil Həsənli

    Təbriz -1946-cı il: Milli hökümətin zəfər və faciəsi

    19.90₼


    Məhsulun kodu: SJOB9VFNT4
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    Səhifə sayı: 600
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Oxuculara təqdim edilən bu kitab London Universitetinin Tarix Araşdırmaları İnstitutunun baş elmi işçisi, professor Cəmil Həsənlinin 2023-cü ildə “Qanun Nəşriyyatı”nda nəşr olunmuş “Güney Azərbaycan: Tarixin yol ayrıcında (1939-1945)” monoqrafiyasının davamıdır. Kitabda Güney Azərbaycan Milli Hökumətinin 1946-cı ildə keçdiyi tarixi yol, milli-mənəvi sahədə həyata keçirdiyi reformalar, Tehranla Təbriz arasında yaranmış qarşıdurma, Təbrizlə Bakı arasında yaranmış çoxtərəfli əlaqələr, Milli Hökumətə münasibətdə Sovet-İran münasibətləri, Qərb ölkələri ilə SSRİ arasında soyuq müharibə ritorikasının başlanması və digər maraqlı məsələlər yer alıb. Kitabın hazırlanmasında Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv sənədlərindən, İran mətbuatının materiallarından və müxtəlif ölkələrdə nəşr edilmiş tarixi ədəbiyyatdan geniş istifadə edilib. Çoxsaylı materialların müqayisəli təhlili əsasında müəllif soyuq müharibə erasının Təbrizdən başlanmasının elmi konseptual mənzərəsini yaradıb. Kitabda təqdim edilən dramatik hadisələr oxucunu öz cazibəsində saxlayır. Kitab humanitar sahədə təhsil alan tələbələr, bu istiqamətdə ixtisaslaşan akademik dairələr, qəlbində Güney nisgili yaşadan, yaxın dövr tariximizə maraq göstərən oxucular üçün nəzərdə tutulmuşdur.

    Oxşar kitablar

    Cəmil Həsənli

    Azərbaycanda Sovet Liberalizmi

    17.99₼
    İlbər Ortaylı

    Türklərin qızıl dövrü

    11.90₼
    Maykl Paterson

    II Nikolay. Sonuncu çar

    13.00₼
    Saymon Sebaq Montefiore

    Romanovlar

    23.80₼
    Vilayət Quliyev

    Baş Nazirin xanimi

    4.99₼
    Cəlal Şəngör

    Axmağı tanımaq

    11.99₼
    Rəsul Həsən

    Azərbaycanın qrafik dizayn tarixi

    120.00₼