Səbət
    Bağırovdan sonrakı Azərbaycan: Ümidlər və illüziyalar (1953–1959)
    Cəmil Həsənli

    Bağırovdan sonrakı Azərbaycan: Ümidlər və illüziyalar (1953–1959)

    25.00₼


    Məhsulun kodu: XLBW0QX0CT
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-586-67-1
    Səhifə sayı: 680
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 165x235
    Çatdırılma: 1-3 iş günü arası.

    Oxuculara təqdim edilən bu kitab London Universiteti Tarix Araşdırmalar İnstitutunun baş elmi işçisi Cəmil Həsənlinin uzun illər apardığı elmi araşdırmaların nəticəsidir. Hələ 2008-ci ildə müəllifin bu mövzuda “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar” kitabı nəşr edilmişdi. Lakin elmi ictimaiyyət və oxucular arasında post-stalin dövründə Sovet Azərbaycanında cərəyan edən hadisələrə artan marağı nəzərə alaraq professor Həsənli bu mövzuya yenidən müraciət etmişdir. Elmi monoqrafiya məzmunu daşıyan bu kitab dramatik bir dövrü əhatə edir. 1953–1959-cu illərdə Mir Cəfər Bağırovun həbsi, respublikada İmam Mustafayev, Mirzə İbrahimov və Sadıq Rəhimovdan ibarət yeni rəhbərliyin formalaşması, Xruşşov islahatlarının Azərbaycanda təzahürü, XX qurultay qərarlarının respublikanın ictimai-siyasi həyatına təsiri, Azərbaycan dilinin dövlət dili statusu və onun doğurduğu nəticələr, Stalin-Bağırov repressiya qurbanlarının bəraət prosesi, respublika hakim elitasında qarşıdurmaların güclənməsi, Azərbaycan rəhbərliyinin millətçilikdə ittiham edilməsi və sair maraqlı məsələlər kitabda araşdırılmışdır. Onun hazırlanmasında Azərbaycan, Rusiya və digər ölkələrin nadir arxiv fondlarından, o cümlədən dövlət təhlükəsizliyi orqanlarının sənədlərindən istifadə edilmişdir. Kitab tarixi detektiv təsiri bağışlayan süjet xətti üzərində qurulmuşdur. Kitab yaxın keçmişimizin tarixinə maraq göstərən oxucular, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr və xüsusi ilə ideya axtarışları dövrünü yaşayan gənclər üçün nəzərdə tutulmuşdur.

    Oxşar kitablar

    Cəmil Həsənli

    Azərbaycanda Sovet Liberalizmi

    17.99₼
    Əkbər Nəcəf

    Hun minilliyi

    9.80₼
    Karl Marks

    Kommunist manifesti

    5.00₼
    David Hume

    İntihar və ruhun ölümsüzlüyü

    5.00₼
    Tomas Qolts

    Azərbaycan Gündəliyi

    15.90₼
    İqor Buniç

    Partiyanın qızılları

    12.90₼
    Vilayət Quliyev

    General Denstervilin Bakı gündəliyi

    6.99₼