Səbət
    Düşüncələrim
    Fidel Kastro

    Düşüncələrim

    8.50₼


    Məhsulun kodu: XIMSOZLM2G
    Nəşriyyat: Kosmo Nəşriyyatı
    Dil: Azərbaycanca
    Səhifə sayı: 88
    Tərcüməçi: Leyla Adıgözəlova
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x200
    Çatdırılma: 1-3 iş günü arası.

    Kitab amerikan jurnalist Li Lokvudun Fidel Kastro ilə Kubadakı evində baş tutan uzun reportajın nəticəsində ərsəyə gəlmişdir. Bir həftə davam edən reportajda Kuba çevrilişindən, iqtisadiyyatdan, ABŞ-ın təzyiqlərindən, Donuzlar Körfəzi məsələsindən, raket krizisindən, SSRİ ilə münasibətlərdən tutmuş Latın Amerikasındakı çevrilişlərə Kubanın dəstəyinə çatanadək olduqca geniş mövzularda suallar verilir. O günədək Kubanı, sosializmi, sosialist ölkələri və birbaşa özünü bir düşmən olaraq görən və göstərən Fidel Kastro ABŞ mediasına qarşı olduqca təmkinlə yanaşırdı. Onun bu mövzuda haqsız olmadığı verilən suallarda istifadə edilən üslub və reportaj ABŞ-da yayımlanarkən cavabların arasında olan bəzi şərhlərdən anlaşılır. Ancaq Kastro nə qədər həssas, hətta bəzən provokativ olsa da, verilən bütün suallara səmimi cavablar vermişdi. Fidelin cavablarını oxuyanda onun Kuba çevrilişinə, sosializmə, insanlığa olan inancını, səbrini və coşğusunu görə bilərik. Bu səmimiyyət müsahibə alan qəzet müxbiri tərəfindən də təəccüblə qarşılanmışdı. Reportajı ABŞ-da yayımlandığı kimi, amerikan yazar və naşirlərin ön sözü və şərhi ilə yayımlayırıq. Kitabın sonunda başqa bir amerikan yazar olan F.R.Alemanın Kubadakı çevrilişdən öncə və sonra müşahidələrini çatdırdığı Batista, demokratlar və 26 İyul adlı məqaləsi var. Bu məqaləni də ABŞ-da çap edildiyi kimi əlavə şərh vermədən yayımlayırıq.

    Oxşar kitablar

    Karl Marks

    Kommunist manifesti

    5.00₼
    Larisa Vasilyeva

    Kremlin arvadları

    11.60₼
    Yunus Şen

    Xəzərin qanı

    13.00₼
    Eten de la Boesi

    Könüllü köləlik

    8.00₼
    Cəmil Həsənli

    Azərbaycanda Sovet Liberalizmi

    17.99₼
    Stefen Kinzer

    Şahın bütün adamları

    10.99₼
    Şarl Lui Monteskyö

    Qanunların ruhu

    19.90₼
    Devid Ransimen

    Siyasət

    10.99₼
    Oqtay Altunbay

    Tomris

    5.00₼