Səbət
    Könüllü köləlik
    Eten de la Boesi

    Könüllü köləlik

    8.00₼


    Məhsulun kodu: 7MJJW6JD7X
    Nəşriyyat: Kosmo Nəşriyyatı
    Dil: Azərbaycanca
    Səhifə sayı: 72
    Tərcüməçi: Taleh Eminoğlu
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x200
    Çatdırılma: 1-3 iş günü arası.

    La Boesinin təqribən 1550-ci ildə yazdığı və 1579-cu ildə gizli şəkildə çap olunan “Könüllü köləlik haqqında nitq”i kütlənin bir şəxsə necə tabe olduğunu və insanların könüllü köləlikdən necə azad ola biləcəyini izah edir, eyni zamanda, dövlət və quldarlıq münasibətlərinə yeni yanaşmalar gətirir. La Boesi hakimiyyətin hökmranlığına sadiq olan insanların nümunəsində dövləti, tabelik və güc münasibətlərini aydınlaşdırdığı bu kitabı iyirmi iki yaşında, hələ universitet tələbəsi olarkən yazmışdı. XVI əsrdə yazılmış, dövlət suverenliyini və hakimiyyətin legitimliyini araşdıran bu əsər XIX əsrin ictimai hərəkatlarına istiqamət verməklə yanaşı, Tolstoy kimi dövrün anarxist mütəfəkkirlərinə də təsir göstərib. La Boesinin qısa ömrünə uyğun gələn bu kiçik mətndə biz hakimiyyət münasibətlərinin necə qorunduğunu, bu hökmranlıq qarşısında müqavimət və vətəndaş itaətsizliyi nəzəriyyələrinin necə həyata keçirilə biləcəyini görürük. Tiran öz hakimiyyətinin davamlığını təmin etmək üçün hər vasitəyə əl atır: əyləncə, içki, narkotik vasitələr, qladiatorların ölümcül oyunları, matadorlar, döyüşlər, nümayişlər, idman və s. Hər cür əyləncə və oyunların xalqı axmaqlaşdıracağını bilir və onlara könüllü köləlik vərdişi ilə yaşamağa davam etməyə imkan verir. La Boesi deyir ki, tiranın hakimiyyətdə qalması üçün onun ətrafında özü kimi sistemdən yararlanan bir qrup insan lazımdır; o, özünə cinayətkar dəstə yaratmalıdır. Onlar hamısı bu rifahdan qismən və ya dolayı yolla faydalanır. Tiran ətrafındakı bu qoruyucu qrupa bağlanır, onun müəyyən gəlir və mövqelər əldə etməsini təmin edir. Bu o deməkdir ki, tiran dəstəksiz qalsa və ya geri çəkilsə, o da xalq kimi bədbəxt olacaq. Ümid edirik ki, dəstək olmağın və olmamağın nə qədər məna kəsb etdiyini aydınlaşdıran bu kitabı oxuyanda dövrümüzdəki cəmiyyətlər və iqtidarlar arasında müqayisə aparıb, gücün və hakimiyyətin mənbəyini aydınlaşdıra biləcəksiniz. La Boesi sizə savaşın demir, sadəcə dəstək olmayın!

    Oxşar kitablar

    Şəms Təbrizi

    Həyatınızı dəyişə biləcək 10 təlim

    4.50₼
    Ciddu Krişnamurti

    İlk və son azadlıq

    11.99₼
    Vsevolod Ovçinnikov

    Sakura budağı

    15.99₼
    David Hume

    İntihar və ruhun ölümsüzlüyü

    5.00₼
    Larisa Vasilyeva

    Kremlin arvadları

    11.60₼
    Bertran Rassel

    Evlilik və əxlaq

    9.99₼
    Əhməd Ümid

    Kandid, yaxud optimizm

    6.99₼
    Bertran Rassel

    Mən nəyə inanıram?

    12.99₼
    Çapay Sultanov

    Bakı nefti dünya şahmat taxtasında

    21.00₼