Səbət
    Yay səhəri
    Abbas Səhhət

    Yay səhəri

    8.40₼


    Məhsulun kodu: UWOV2LMESK
    Nəşriyyat: 3 alma
    Dil: Azərbaycanca
    ISBN: 9789952311259
    Səhifə sayı: 168
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 126x190
    Çatdırılma: 1-3 iş günü arası.

    XX əsr Azərbaycan klassiklərindən biri, Abbas Səhhətin "Yay səhəri" kitabında şairin ən məşhur şeirləri, təmsilləri, hekayələri və pyesləri toplanıb. Abbas Səhhət ədəbiyyat və mədəniyyət tariximizə məşhur şair, peşəkar tərcüməçi, uşaq yazıçısı, həkim, görkəmli müəllim və maarif xadimi, tənqidçi və publisist kimi daxil olmuşdur. A.Səhhətin Azərbaycan maarifi və uşaq ədəbiyyatının inkişafındakı xidmətləri böyükdür. Cavan yaşlarından ömrünün sonuna qədər müəllimlik edən, dərsliklər yaradan şair uşaq və gənclər üçün müxtəlif janrlarda əsərlər yazmış, milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini yaradan klassiklər səviyyəsinə yüksəlmişdir. "Səhhətin özünəməxsus orijinal yazı manerası vardır. O hər sözü, hər vurğunu yerli-yerində işlətməyi bacaran sənətkardır. Səhhət özünü uşaqlara öyüd-nəsihət verən mürəbbi kimi deyil, yaxın yoldaş, tərbiyəçi kimi təqdim edir. Şair uşağa yanaşmağı bacarır, onun qəlbinə yol tapır. Bunların nəticəsidir ki, Səhhətin şeirləri oxucunu düşündürür, təsirləndirir və ona estetik zövq verir", - Əbdül Əzizov, ədəbiyyatşünas "Abbas Səhhətin ədəbi yaradıcılığının mühüm bir sahəsini uşaqlar üçün yazdığı əsərlər təşkil edir. On beş ilə qədər müəllimlik etmiş Səhhət yalnız məktəbdə deyil, ədəbi yaradıcılığında da bir müəllim olmuşdur. Onun uşaq və gənclər üçün yazdığı bir çox lirik şeirlər, səhnə əsərləri və təmsillər təlim-tərbiyə işinə kömək etmişdir," -Kamal Talıbzadə, akademik

    Oxşar kitablar

    Vidadi Babanlı

    Vicdan susanda

    14.90₼
    Rick Riordan

    Persi Cekson və ölüm labirinti

    16.99₼
    TƏMƏL kitab

    İngiliscə-Rusca öyrədici kartlar 2

    9.50₼
    Paskal Romano

    Böyük Fokuslar kitabı

    25.00₼
    Fatih Erdoğan

    Belə də tapşırıq olar?!

    7.00₼
    Süleyman Rəhimov

    Mehman

    12.99₼
    Ser Stiv Stivenson

    Meduzalar adası

    6.90₼
    Müəllif yoxdur

    Rəqəmlər

    7.00₼
    Astrid Lindqren

    Lönneberqalı Emil

    4.99₼
    Zahid Xəlil

    Göyqurşağı

    8.40₼