Göyqurşağı
| Məhsulun kodu: | MWOEBMCO4J |
| Nəşriyyat: | 3 alma |
| Dil: | Azərbaycanca |
| ISBN: | 9789952311938 |
| Səhifə sayı: | 256 |
| Cild: | Yumşaq |
| Kitabın ölçüsü: | 126x190 |
| Çatdırılma: | 1-3 iş günü arası. |
Zahid Xəlil Azərbaycan poeziyasında görkəmli yer tutan şairlərimizdəndir. O, yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edibdir. Zahid Xəlil yaradıcılığı bir məqsədə xidmət edir: "Uşaqları ağıllı, qoçaq, işgüzar, zəhmətsevər görmək. Zahid Xəlilin uşaq şeirləri öz yığcamlığı ilə diqqəti cəlb edir. Az sözlə bütöv fikri ifadə etmək bacarığına malik olan şair bu üsuldan tez-tez istifadə etməyə çalışır, öz yığcamlıq prinsipinə sadiq qalır. "Göyqurşağı" kitabında onun ən yaxşı şeirləri və mənzum nağılları toplanıb. "Zahid Xəlil uşaq ədəbiyyatımızın ən yaxşı təbliğatçısı, görkəmli uşaq ədəbiyyatı mütəxəssisidir," - Hikmət Ziya, şair, tərcüməçi "Zahid Xəlilin nağıllarının gücü onun hüdudsuz fantaziyasındadır. Bu fantaziyalar uşaqların təxəyyülünü, yaradıcı düşüncəsini inkişaf etdirən gözəl sənət nümunələridir," - Zemfira Tahirli, filologiya elmləri namizədi