Səbət
    Vicdan susanda
    Vidadi Babanlı

    Vicdan susanda

    14.90₼


    Məhsulun kodu: BVP0WJGFPF
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-577-66-2
    Səhifə sayı: 672
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Romanda yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur. Güzəştsiz ölüm-dirim çarpışması gedir. Bir sözlə, köhnəliklə təzəlik tərəfdarları “döyüşür”. Bu vuruşda iki vicdan, iki əqidə, iki psixologiya üz-üzə dayanır. Birinci qütbdə təmiz əxlaq, saf vicdan sahibləri; vətənə, xalqa, cəmiyyətə, ümumilikdə bəşəriyyətə təmənnasız xidmət edənlər: professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə böyük əzmlə, inadla elmi nailiyyətlərini sübuta yetirməyə cəhd göstərirlər. Yeni avtomobil yanacağı axtarışındadırlar. Təzə ixtira izinə düşüblər. İkinci qütbdə isə vicdanlarını susdurmuş xudbinlər, elmə – yaradıcı aləmə dal qapıdan fırıldaqla, qeyri-məqbul üsullarla gəlmiş kütbeyinlər: Bəşir Bədirbəyli, Ziya Lələyev, istedadsız aspirant İsmət çarpışırlar. İşləri-peşələri müxtəlif çirkin yollar, üsullarla Söhrab Günəşliyə və onun aspirantına mane olmaq, apardıqları elmi təcrübələrə əngəllər törətmək, pərsəng olmaqdır. “Vicdan susanda” romanında sevgi-məhəbbət xətti çox canlı, maraqlı, yaddaqalan detallar, boyalarla tərənnüm olunur; əsərin əvvəlindən son səhifələrinədək davam edir, hadisələri oxucuya gərgin maraqla izlətdirir. Bu roman yuxarıda göstərilən bədii keyfiyyətlərinə görə həm öz respublikamız daxilində, həm də xarici ölkələrdə müəllifinə böyük məhəbbət qazandırıb.

    Oxşar kitablar

    Tomas Mann

    Aldanmış

    3.20₼
    Vladimir Nabokov

    Lolita

    12.99₼
    Coan Ketlin Roulinq

    Harri Potter və azkaban məhbusu

    11.99₼
    Elif Batuman

    İdiot

    14.90₼
    Con Steynbek

    Mirvari

    3.99₼
    Abdulla Şaiq

    Gözəl Bahar

    8.40₼
    Ketrin Stokett

    Qulluqçu

    14.99₼
    Adam Silvera

    Sonda hər ikisi ölür

    14.90₼
    Cabua Amirecibi

    Data Tutaşxia

    10.90₼