Səbət
    Maskanın hakimiyyəti
    Çingiz Abdullayev

    Maskanın hakimiyyəti

    8.40₼


    Məhsulun kodu: FSPZ0OVJ1H
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952515046
    Səhifə sayı: 260
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    "...Bu qətldən sonra villada daha bir atəş səsi eşidildi. Kristinin yataq otağında kimsə yox idi. Moniçellinin ona bitişik yataq otağı da boş idi. Aqnessa ilə Qorlaçın qaldığı otağın işığı yanırdı, ancaq orada da şübhəli bir şey gözə dəymirdi. Başqa bir yataq otağında olan yarıçılpaq Alisa atəş səsinin haradan gəldiyini anlamamışdı. Yuhan hamamda olduğundan, ümumiyyətlə, heç nə eşitməmişdi. Onlar üçüncü mərtəbəyə qalxdılar. Lindsi artıq orada onları gözləyirdi. O da atəşi xatırladan boğuq səs eşitmişdi. Onlar Morqunasın qapısını döydülər. O, bir dəqiqədən sonra ağ-göy zolaqlı gülməli xalatda çıxdı. Ancaq o da heç nə eşitməmişdi. Qonşu otaqda isə onlar axtardıqlarını, axır ki, tapdılar. Daniel Barnard döşəməyə uzanmışdı. Yanında tapança vardı..." Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Maskanın hakimiyyəti" adlı romanında hadisələr uzaq və ekzotik Barbados adasında baş verir. Hollivud olduzu Kristin Lindeqrenin həyatı təhlükədədir. Əri də milyonçu olan və son vaxtlar on milyonlarla dollarlıq mirasını necə böləcəyindən tez-tez danışan aktrisa ailə üzvləri ilə birgə Barbados adasındakı villasına tətilə getməyə hazırlaşır. Səfərdən qabaq isə ona iki təhdid məktubunun gəldiyini bəyan edərək təhlükəsizlik tədbirləri görməyin vacib olduğunu bildirir. Onun buna əsası var. Bu səfər ərəfəsində villada qəribə hadisələr baş verir: aktrisanın yeniyetmə oğlu sevgilisi olan "şübhəli rus qızı ilə" villaya baş çəkir, bacısının hamilə qızı "naməlum səbəb"dən ölür. Tətil günlərində isə Lindeqrenin əvvəlcə varlı əri, sonra da özü müəmmalı şəkildə qətlə yetiriləcəkdi... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Oxşar kitablar

    Çingiz Abdullayev

    Məntiq qaydaları

    5.50₼
    Çingiz Abdullayev

    Okkamanın inkarı

    6.99₼
    Çingiz Abdullayev

    Oliqarxın qayıdışı

    7.90₼
    Çingiz Abdullayev

    Milyardın dəyəri

    5.00₼
    Çingiz Abdullayev

    Dağılma rəmzləri

    14.99₼
    Çingiz Abdullayev

    Balkan sindromu

    6.50₼
    Çingiz Abdullayev

    Saturnun tövbəsi

    5.49₼
    Çingiz Abdullayev

    Əclafların vicdanı

    9.99₼
    Çingiz Abdullayev

    Alqış sədaları altında ölüm

    9.90₼
    Çingiz Abdullayev

    İrodun Kölgəsi

    5.99₼