Səbət
    Məntiq qaydaları
    Çingiz Abdullayev

    Məntiq qaydaları

    5.50₼


    Məhsulun kodu: BUPKUAEX7P
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 9789952266351
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x200
    Çatdırılma: 1-3 iş günü arası.

    Üç epizoddan ibarət romanın birinci epizodunda dincəlmək üçün Marselə getmiş Dronqoya dostu və həmkarı – professor Stiven Rossdan qəfil telefon zəngi gəlir- o, Avropanın «şərab kralı» kimi tanınan məşhur milyonçu Edvard Harrisonun onunla təcili görüşmək istədiyini Dronqoya çatdırır. Dostunun xahişindən keçə bilməyən Dronqo istirahətini yarımçıq qoymalı olur və Rossla birgə milyonçunun Monpelyedəki qəsrinə yollanır. Mister Harrison Dronqoya Londondakı seyfindən müəmmalı şəkildə oğurlanmış çox qiymətli sənədlərin axtarışıyla məşğul olmağı və bunun müqabilində ona bir milyon funt qonorar təklif edir. Dronqo təklifdən imtina edir, lakin geri qayıtmağa hazırlaşarkən milyonçunun evində son dərəcə gözlənilməz hadisələr baş verir – cəmisi bir neçə saatdan sonra öz villasında, qapısı içəri tərəfdən bağlı otaqda mister Harrisonun meyiti aşkar olunur- ertəsi gün isə təxminən eyni vəziyyətdə onun otuz yaşlı gözəl xanımı Anna Harrison qətlə yetirilir. Cinayət işlərinin təhqiqatıyla məşğul olan polis komissarı Dyubuanın səyləri heç bir nəticə vermir, lakin Dronqo polis komissarının bacarmadığı çətin işə girişib, çox qısa bir müddətdə bu müəmmalı qətllərin sirrini açmağa və qatili tapmağa müvəffəq olur. İkinci və üçüncü epizodlarda Dronqo daha çətin, daha mürəkkəb situasiyalara düşür və daha müəmmalı cinayətlərin təhqiqatına cəlb olunur. Bir-birindən fərqli şəkildə törədilmiş amansız qətllərin üstünü açmaq, qatili ifşa etmək ilk baxışda mümkünsüz görünsə də, Dronqo öz çevik ağlının və ona heç vaxt etibarsız çıxmayan dəmir məntiqinin sayəsində bu işlərin öhdəsindən məharətlə gəlir.

    Oxşar kitablar

    Çingiz Abdullayev

    Vicdanın adaptasiyası

    8.40₼
    Çingiz Abdullayev

    Cəlladın Müdrikliyi

    10.99₼
    Çingiz Abdullayev

    Bumeranq zərbəsi

    8.40₼
    Çingiz Abdullayev

    Rəzalətin son həddi

    11.00₼
    Çingiz Abdullayev

    Autsayder üçün pyedestal

    10.99₼
    Çingiz Abdullayev

    Etiraflar vadisi

    8.00₼
    Çingiz Abdullayev

    Saturnun tövbəsi

    5.49₼
    Çingiz Abdullayev

    Namərdin üslubu

    6.50₼
    Çingiz Abdullayev

    Ağrı mələyi: onun ruhunun dörddə üçü

    10.99₼
    Çingiz Abdullayev

    Axmaqlar üçün alternativ

    7.99₼