Səbət
    Alqış sədaları altında ölüm
    Çingiz Abdullayev

    Alqış sədaları altında ölüm

    9.90₼


    Məhsulun kodu: OVNGNXHQXF
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952515497
    Səhifə sayı: 240
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    "...Bu gün tamaşaçı zalında hökumətin və Prezident Administrasiyasının məsul məmurlarından ibarət böyük nümayəndə heyəti də əyləşmişdi, ən əsası mədəniyyət nazirinin özü də qonaqlar arasında idi. Hamlet və Laert bir-birinə zərbə endirməkdə davam edirdilər. Aktyorların ikisi də döyüşün mümkün qədər təbii görünməsi üçün qılıncoynatma üzrə xüsusi kurs keçmişdi. Hamlet bir neçə zərbə endirdi və Laert ona qəzəblə baxdı. Hamlet qılıncın iti ucu ilə onun köynəyinin qolunu cırdı. İndi Laertin replikası gəlməli idi, lakin Hamletin zərbəsindən qəzəblənmiş rəqib susurdu. Suflyor aşağıdan iki dəfə onun deməli olduğu sözləri təkrar etdi. Ancaq Laert əvvəlki kimi susmaqda idi. Onu qılıncın iti olması özündən çıxartmışdı. Belə qərara gəlmişdi ki, bu, sadəcə olaraq, baş rejissorun ona bildirmədikləri növbəti ideyasıdır və bundan çaşdığına görə öz replikasını deməmişdi..." Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Alqış sədaları altında ölüm" adlı romanında hadisələr Rusiyadakı teatrların birində cərəyan edir. Şekspirin "Hamlet" faciəsinin bu dəfə real həyatda, özü də birbaşa səhnədə yaşanacağı heç kəsin ağlına gəlməzdi - nə teatr rəhbərliyinin, nə aktyorların, nə də ki, tamaşaçıların... Amma bu faciə yaşanır. Nə qədər inanılmaz olsa da, "Hamlet"də oynayan bir aktyor digərini elə səhnədəcə qətlə yetirir. Tamaşaçılar isə xalq artistinin kralın ölüm səhnəsini həddən artıq teatral və qeyri-adi istedadla oynadığını zənn edib onu alqışlayırlar. Bəs səhnədə əslində nə baş verir? Teatra məxsus rekvizit qılıncı əsl qılıncla kim dəyişmişdi? Hamletin əlindəki qılıncı ona kim vermişdi? Dronqo qatili axtarmağa başlayır, amma elə bu zaman növbəti cinayətlər baş verir... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Oxşar kitablar

    Çingiz Abdullayev

    Uzun çəkən sözardı

    6.50₼
    Çingiz Abdullayev

    Autsayder üçün pyedestal

    10.99₼
    Çingiz Abdullayev

    Oliqarxın vəsiyyətnaməsi

    7.90₼
    Çingiz Abdullayev

    Cənub Rapsodiyası

    9.50₼
    Çingiz Abdullayev

    İrodun Kölgəsi

    5.99₼
    Çingiz Abdullayev

    Наследник олигарха

    6.90₼
    Çingiz Abdullayev

    Courier from Baghdad

    25.00₼
    Çingiz Abdullayev

    İblislərin ənənələri

    6.99₼
    Çingiz Abdullayev

    Transilvaniya səfəri

    6.50₼
    Çingiz Abdullayev

    Ailə sirləri

    9.90₼