Səbət
    Ürəyimə bax
    Nikolas Sparks

    Ürəyimə bax

    10.90₼


    Məhsulun kodu: WCW2FY0ATD
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952520880
    Səhifə sayı: 608
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    Ürəyimə bax... Mən sənin ürəyinə baxdığım kimi... Kolin Henkok özünə ikinci şans verərək həyatında yeni səhifə açmağı qərara alır. Keçmişdə qanun pozuntularına yol vermiş, yanlış qərarları, düşüncəsizliyi və aqressiv davranışı nəticəsində ailəsini və yaxın dostlarını özündən uzaqlaşdırmış, həbsxanaya düşməkdən güc-bəla ilə qurtulmuşdu. Lakin indi artıq Kolin xarakterini və davranışını dəyişməkdə qərarlıdır. Keçmiş səhvləri onu izləsə də, yeni tanışlıqlar qurmaqda çətinlik törətsə də, Kolin təslim olmur və dəyişdiyini hər kəsə sübut etməyə çalışır. Qarşısına yeni məqsədlər qoyur, ali təhsilini davam etdirir və ürəkdən sevə biləcəyi bir qızla ciddi münasibət qurmaq istəyir. Mariya Sançez Meksikadan ABŞ-a mühacirət etmiş bir ailənin çalışqan, zəhmətkeş və ali təhsilli qızıdır. Universitetin hüquq fakültəsini bitirib, Uilminqtonda nüfuzlu bir hüquq şirkətində işləyir. İlk baxışdan onun həyatında hər şey qüsursuz və mükəmməl görünür, lakin Mariyanın keçmişindəki bir hadisə onu indiyədək də qarabaqara izləyir. Yağışlı bir gecədə baş vermiş təsadüfi qarşılaşma Mariya ilə Kolinin həyatını dəyişir. Tezliklə onların arasında sevgi alovlanır, lakin bu sevginin qarşısında müəyyən maneələr var. Gənclər bu əngəlləri necə aradan qaldırmaq üzərində düşünərkən Mariyanın keçmişində yaşananlar yenidən onun qarşısına çıxır və Mariya ölüm təhlükəsi ilə üzləşir. Oxucuya həyəcanlı anlar yaşadan “Ürəyimə bax” romanı bir daha xatırladır ki, sevgi əngəl tanımır və əsl sevgi istənilən sınaqdan çıxmağı bacarır, yetər ki, sevdiyin insanın ürəyini görə biləsən...

    Oxşar kitablar

    Nikolas Sparks

    Sevgili Con

    9.99₼
    Nikolas Sparks

    Xatirə dəftəri

    10.90₼
    Nikolas Sparks

    Ən dəyərlim

    8.90₼
    Aleksandr Düma

    Qraf Monte Kristo (II kitab)

    13.90₼
    Lüsi Mod Montqomeri

    Şahzadə Eduard adasının Ennisi

    10.99₼
    Qriqori Petrov

    İdeal müəllim

    5.99₼
    Bernardin Evaristo

    Qız, qadın, digəri

    17.90₼
    Cəlal Bərgüşad

    Bozatın belində

    9.99₼
    Loren Oliver

    Yıxılmadan öncəki mən

    12.50₼
    Xalid Hüseyni

    Dəniz duası

    6.99₼