Səbət
    Dekameron
    Covanni Bokkaçço

    Dekameron

    7.99₼


    Məhsulun kodu: MS0R4NBSDZ
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-26-776-1
    Səhifə sayı: 716
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    “Dekameron”un hekayəçiləri incə zövqlü, hazırcavab və ziyalı gənclərdir. Əsərdə Dioneo, Filostrato və Pamfilo adı ilə verilən üç oğlan Bokkaççonun gənclik dövründə yazmış olduğu əsərlərdə iştirak edən obrazlardır və həmin obrazlarda müəllif çox zaman öz ilk gənclik əhvali-ruhiyyəsini ifadə etmişdir. “Dekameron”da bu gənclərin təbiət və xasiyyətləri Bokkaççonun gənclik dövründəki əhval – ruhiyyəsinin keçdiyi mərhələləri təmsil edir: Dioneo həssas və şən, Filostrato xəyalpərvər, Pamfilo isə ciddi və ağıllıdır. Gənclərin bu xarakteri onların hər birinin söylədiyi hekayədə də öz ifadəsini tapır. Eyni vəziyyəti qızların obrazlarında da görürük. Bokkaçço onların hamısının həqiqətən Florensiya şəhərində adlı-sanlı ailələrdən çıxdığını və real adamlar olduğunu söyləyir. Lakin bəzi mülahizələrə görə Bokkaçço qızların həqiqi adlarını gizlətməyi üstün tutur və onlara başqa adlar verir. Hər halda maraqlı cəhət budur ki, təsvir olunan qızların xarakteri də Bokkaççonun ilk əsərlərində məhəbbət macəralarının iştirakçıları kimi qələmə alınmış qızların xarakterini xatırladır. Yeddi qızdan birinə bilavasitə Fyammetta adı verilməsi də təsadüfi deyildir. Bu obraz Bokkaççonun gənclik məhəbbətinin simvolu, “Fyammetta” əsərinin də qəhrəmanıdır. Beləliklə, əsərdə iştirak edən hekayəçilərin müxtəlif xarakterli olması söylənən hekayələrə də rəngarənglik gətirir. “Dekameron” əsərini Covanni Bokkaçço 1352-1354-cü illər arasında yazmışdır. Bu əsər İtaliyada bədii nəsrin əsasını qoymuşdur. O zamankı italyan həyatını geniş təsvir edən, dinə, mövhumata və tərki-dünya ideyalarını təbliğ edən kilsəyə öldürücü zərbə endirən “Dekameron” İntibah realizminin parlaq ifadəsini verən sənət abidələrindən biridir.

    Oxşar kitablar

    Maksim Qorki

    Fırıldaqçı

    3.49₼
    Sarah Jio

    Böyürtkənli Qış

    11.99₼
    Gi De Mopassan

    Qəşəng dost

    13.90₼
    Nodar Dumbadze

    Ağ bayraqlar

    4.90₼
    Erix Mariya Remark

    Zəfər tağı

    12.99₼
    Vulf Dorn

    Xain ürəyim

    9.90₼
    Homer

    İliada

    14.40₼
    Nikolay Qoqol

    Müfəttiş

    3.49₼
    Joze Mauru di Vaskonselos

    Günəşi oyadaq

    14.99₼
    Kazuo İşiquro

    Məni heç vaxt tərk etmə

    8.40₼