Səbət
    İradə gücünün instinkti
    Kelli Makqoniqal

    İradə gücünün instinkti

    13.90₼


    Məhsulun kodu: SR9PSDKMSJ
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952310283
    Səhifə sayı: 324
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 148x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Sağlamlıq üzrə mütəxəssis, psixoloq Kelli Makqoniqalın işi insanlara stressin öhdəsindən gəlmək və həyatlarında pozitiv dəyişikliklər etməyə kömək göstərməkdir. Ö, tələbələrinin seçimə nəzarət uğrunda apardığı mübarizəni illərlə müşahidə edəndən sonra anladı ki, insanların iradə gücü barədə inandıqlarının əksəriyyəti onların uğurlarını əslində sabotaj edir. Məsələn, iradə gücünü ləyaqət kimi görməyimiz bizi ən ciddi hədəflərimizdən yayındıra bilər. Makqoniqal bunun əvəzində tələbələrinə özünənəzarətə təsir edən bioloji funksiyaları, əqli tələləri və sosial amilləri anlamağı təklif edir. O, psixologiya, neyrologiya və iqtisadiyyat kimi sahələrin ən son yeniliklərindən istifadə edərək Stenford Universiteti Davamlı Araşdırma Proqramı üçün "İradə gücü elmi" adlı kurs yaratdı. Tələbələr onu həyatı dəyişdirən kurs kimi təsvir edirlər. Bu kurs "İradə gücünün instinkti" kitabının əsasıdır. Bu kitab "əsl iradə gücü nədir, o necə işləyir və niyə vacibdir" suallarına cavab vermək üçün anlaşıqlı struktur qurur. Öz diqqətimizə nəzarət etmək bacarığımız, emosiyalarımız, iştahamız və davranışımız təkcə bizim sağlamlığımıza, maliyyə təminatımıza, əlaqələrimizə və peşəkar uğurumuza təsir etmir. Onları həm də təlimləndirmək mümkündür. "İradə gücünün instinkti" məqsədlərimizi müəyyən etmək, özünənəzarəti gücləndirmək və bir ömür dəyişiklik etmək üçün bizə addım-addım irəliləməyə imkan verən proqram təqdim edir. Bu dəyişikliyin nə olmasının fərqi yoxdur: bunlar arıqlamaq, maliyyə vəziyyətinin yaxşılaşdırılması, stressin azaldılması, təxirəsalınmaların qarşısının alınması, yaxşı valideyn olmaq, yaxud da diqqətin toplanması kimi məsələlər ola bilər.

    Oxşar kitablar

    Nigel Kumberland

    Uğurlu insanların 100 vərdişi

    14.99₼
    Şunmyo Masuno

    Sadə yaşamaq sənəti

    9.99₼
    İbrahim Kalın

    Göy qübbəmizin altında

    9.00₼
    Robert Qrin

    Ustalıq

    11.99₼
    Ronda Bern

    "Sirr" həyatımı necə dəyişdi

    14.99₼
    Robert T. Kiyosaki

    Pul axını kvadrantı

    10.99₼
    Robin Şarma

    Dahiliyə aparan yol (I kitab)

    9.99₼
    Devid İqlmen

    İnkoqnito: Beyinin gizli həyatı

    11.99₼