Səbət
    İki şəhərin hekayəti
    Çarlz Dikkens

    İki şəhərin hekayəti

    9.99₼


    Məhsulun kodu: AV7XLZQQTN
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-36-421-7
    Səhifə sayı: 440
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Çarlz Dikkensin “İki şəhərin hekayəti” əsəri ingilisdilli ədəbiy­yatda populyar romanlardan biri hesab olunur. Elə təkcə ingilis dilində bu roman 200 milyon tirajla çap olunub. Əsərin əsas qəhrəmanları Lüsi Manett və Çarlz Darney iki düş­mən ailənin gəncləridir. Bu düşmənçilik ona gətirib çıxarır ki, Lüsi­nin atası doktor Manett iyirmi il həbsxanada yatır və nəticədə ağlını itirir. Təsadüf elə gətirir ki, Lüsi ilə Çarlz tanış olub bir-birini sevir, evlənirlər. Həmin vaxt Böyük Fransa İnqilabı yetişmək üzrəydi. 1789-cu ildə Bastiliyanın alınmasıyla inqilab başladı. Fransa qan gölündə üzürdü; inqilab qurban tələb edirdi. Həmin qurbanlardan biri də Çarlz Darney olmalıydı və iş elə gətirdi ki, Çarlz Darney inqilabçıların əlinə keçdi. Artıq sağalıb ağlı başına gəlmiş doktor Manett, Lüsi, ailənin yaxın dostu, qoca bank işçisi mister Lorri gənc Çarlzı xilas etmək üçün əllərindən gələni edirlər. Lakin heç bir nəticə alınmır. Bu yerdə istedadlı vəkil, Lüsini hədsiz dərəcədə sevən, lakin onunla evlənə bilməyən Sidni Karton işə qarışır. Karton bu işə qarışmaya da bilərdi, lakin qarışdı və öz həyatı bahasına Lüsinin həyat yoldaşını ölümdən xilas etdi...

    Oxşar kitablar

    Çarlz Dikkens

    Oliver Tvistin macəraları

    14.99₼
    Çarlz Dikkens

    Oliver Tvistin Macəraları

    11.99₼
    Çarlz Dikkens

    Devid Kopperfild

    18.90₼
    Çarlz Dikkens

    Böyük ümidlər

    11.00₼
    Çarlz Dikkens

    Böyük ümidlər

    13.90₼
    Çarlz Dikkens

    Oliver Tvistin macəraları

    11.90₼
    Maykl Ondatce

    İngilis pasiyent

    14.00₼
    Vilyam Şekspir

    Romeo və Cülyetta

    9.99₼
    Ali Smit

    Təsadüfi

    11.00₼