Səbət
    İngilis pasiyent
    Maykl Ondatce

    İngilis pasiyent

    14.00₼


    Məhsulun kodu: I4XP8YMSXS
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952532012
    Səhifə sayı: 396
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    İncə zövqün və dərin zəkanın məhsulu olan, “Qızıl Buker” mükafatına layiq görülən bu roman İkinci Dünya müharibəsinin sonlarında İtaliyada tərk edilən bir villaya sığınmış dörd nəfərin eyni nöqtədə kəsişən keşməkeşli həyatından bəhs edir. Müharibənin dəhşətlərini görməkdən tamam tükənmiş tibb bacısı Anna özünü sonuncu pasiyentinə həsr edir. Keçmiş oğru Karavaco bir əlini itirəndən sonra həyatda yeni yerini tapmağa çalışır. Hindistanlı minaaxtaran və mühəndis-istehkamçı Kip almanların məharətlə gizlətdiyi minaları tapıb zərərsizləşirməklə məşğuldur. O, əsl peşəkardır, özündən başqa hər şeyə şübhə ilə yanaşır. Bu labirintin ortasında adı-soyadı naməlum olan bir ingilis xəstə uzanıb. Almanların vurduğu təyyarədə yanaraq tanınmaz hala düşən sirli pasiyent villada yaşayan digər üç nəfər üçün böyük bir tapmacadır. Pasiyentin iztirabları, xilas edilməsi ilə bağlı adda-budda, qırıq-sökük xatirələri ani şimşək kimi, üfüqdə parıltı kimi kitaba işıq tutur, qaranlıq mətləbləri işıqlandırır. “Ondatce Şimali Amerikanın ən yaxşı roman ustalarından biridir... Biz onun təsvir etdiyi sirli, məşum villanın təsirindən çıxa bilmirik, özümüzü o mühitdə hiss etməyin ləzzətini yenidən yaşamaq üçün həmin təsvirləri dönə-dönə, təkrar-təkrar oxuyuruq”. “Wall Street Journal” “Həzin rapsodiyanı xatırladan bu əsrarəngiz əsər oxucunu xəyalən başqa aləmə aparır... Bu roman Ondatcenin öz ruhunda olan, amma daha dərin qatlara varan yeni sınağıdır”. “San Francisco Chronicle”

    Oxşar kitablar

    Harlan Koben

    Yaşayan ölülər

    10.00₼
    Corc Oruel

    Kataloniyaya məhəbbətlə

    6.99₼
    Mark Levi

    Qadın və kişi

    9.99₼
    Mixael Ende

    Momo

    12.50₼
    John le Carre

    Gecə inzibatçısı

    14.99₼
    Ceyn Ostin

    Emma

    13.99₼
    Ken Follett

    Dünyanın dayaqları

    24.99₼
    Guillaume Musso

    Yazıçıların gizli həyatı

    10.99₼
    E.L Ceyms

    Azadlığın əlli çaları

    13.99₼
    Lüis Keroll

    Alisa möcüzələr aləmində

    7.90₼