Səbət
    Folun bir addımlığında
    Çingiz Abdullayev

    Folun bir addımlığında

    8.40₼


    Məhsulun kodu: OS3WVPS8ZD
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952515251
    Səhifə sayı: 264
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    "...Elə bu an hardasa ağacların arxasından bir kişi göründü. Onun əlində nəsə parıldadı və Dronqo anındaca reaksiya verdi. O, Reçeli var gücü ilə kolluğa itələdi. Kişi tapançanı havaya qaldırdı. Ay işığında parlayan tapançanın lüləsində səsboğucu vardı. Astadan şıqqıltı səsi eşidiləndə Dronqo digər tərəfə tullandı. Güllələr bir-birinin ardından arxalarındakı ağacın üstünə yağdı. Reçel uzanıb qalmışdı. Qatil ehtiyatla onlara tərəf addımladı. Dronqo dişlərini sıxdı. Yıxılarkən çiynini bərk zədələmişdi, amma indi inildəmək olmazdı. Hər ötən saniyədə qatil bir az da yaxınlaşırdı. Reçel susurdu. Olmaya qadın gülləyə tuş gəlmişdi?! Bu ola bilməz, sadəcə ola bilməz! Qatil lap yaxında idi..." Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Folun bir addımlığında" adlı romanında hadisələr Türkiyədə cərəyan edir. Sankt-Peterburqun "Dinamo" futbol klubu Türkiyədə bir həftəlik təlim-məşq toplanışı keçirir. Futbolçuların qaldığı hotelin barında komandanın baş məşqçisi təsadüfən uzaq tanışı, cinayət məsələləri üzrə məşhur ekspert Dronqo ilə rastlaşır. Fürsəti fövtə verməyən baş məşqçi xəfiyyədən kömək istəyir. Sən demə, hər oyun öncəsi qapıçı Yepifantsev özünü pis hiss edirmiş. Sonuncu dəfə isə onun stəkanında çox güclü təsirə malik dərmanın qalıqlarını aşkarlayırlar. Deyəsən, qapıçını zəhərləməyə çalışmışdılar... Daha sonra komandanın həkimi müəmmalı şəkildə ölür, ardınca da ekspertin özünü güllələmək istəyən mafiya üzvləri peyda olur... Dronqo bunun rəqiblərin fitnə-fəsadı olduğunu ehtimal edir. Ekspert necə yanıldığını kaş bilsəydi... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Oxşar kitablar

    Çingiz Abdullayev

    Qurbanlıq sindromu

    8.40₼
    Çingiz Abdullayev

    Okkamanın inkarı

    6.99₼
    Çingiz Abdullayev

    Завещание олигарха

    6.90₼
    Çingiz Abdullayev

    Oliqarxın qayıdışı

    7.90₼
    Çingiz Abdullayev

    Uzun çəkən sözardı

    6.50₼
    Çingiz Abdullayev

    Alqış sədaları altında ölüm

    9.90₼
    Çingiz Abdullayev

    Vyana gecəsinin sirri

    9.90₼
    Çingiz Abdullayev

    Cəlladın Müdrikliyi

    10.99₼
    Çingiz Abdullayev

    Ağrı mələyi: onun ruhunun dörddə üçü

    10.99₼
    Çingiz Abdullayev

    İblislərin ənənələri

    6.99₼