Səbət
    Bu günün marketinqi 5
    Rafiq Hunaltay

    Bu günün marketinqi 5

    13.90₼


    Məhsulun kodu: MF1AVYO8YQ
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952573091
    Səhifə sayı: 468
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x218
    Çatdırılma: 1-3 iş günü arası.

    Höte deyirdi ki, ideyalar xarakterlərlə qovuşanda dünyanı minillər boyu heyrətə gətirən hadisələr baş verir. Yəni ideya xaraktersiz sadəcə ideyadır. Deməli, “sonradan qazanıla bilən” vərdişlərə bilik daha çox aiddir, nəinki xarakter. Xarakterin mahiyyətini Mahatma Qandinin bu sözləri daha yaxşı ifadə edir: “Düşüncələrinizə diqqət edin, duygularınıza çevrilər. Duygularınıza diqqət edin, davranışlarınıza çevrilər. Davranışlarınıza diqqət edin, vərdişlərinizə çevrilər. Vərdişlərinizə diqqət edin, dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin, xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin, taleyinizə çevrilər...” Qarşınızdakı bu kitab 2011-ci ildən bəri 13 illik biznes marafonunun qısa icmalıdır. 38 müəllifin 140 yazısının yer aldığı bu kitabda bir-birindən zəngin təcrübələrlə tanış olacaqsınız. Azərbaycanda işləyən yerli və xarici mütəxəssislərin qələmindən çıxmış və facemark.az platformasında yayınlanmış bu yazılarda ölkəmizin dünəni, bu günü və sabahı haqda mülahizələr, təhlillər, biznes perspektivləri, yaradıcılığa səyahət, dünya trendləri, dəyişən müştəri davranışları, böhranlı situasiyalarda və rəqabətli mühitlərdə düzgün biznes və marketinq strategiyaları və bu qəbildən bir çox “biznes söhbətləri” yer alır. Kitab biznes, marketinq, satış, reklam, yaradıcı kontent və ən əsası gündəlik praktik işlərə aid nələrisə tapıb tətbiq etməyi istəyənlər üçün mənbə rolunu oynaya bilər. Akademik sahədə çalışan mütəxəssislər, tələbələr, eləcə də biznes-keys axtarışında olan menecerlər bu kitabdan faydalana bilər. Oxumaq bacarıqdan daha çox vərdişə çevriləndə xarakterlə yoğurulub bizdən yeni bir BİZ düzəldir. Daim yenilənmək üçün həmişə oxumaq, mütaliə etmək lazımdır. Uğurun qısa yolu yoxdur. Uğurun özü isə bir çox sualların ən qısa cavabıdır.

    Oxşar kitablar

    Rafiq Hunaltay

    Bu günün marketinqi 3

    9.00₼
    Rafiq Hunaltay

    Bu günün marketinqi 4

    10.90₼
    Rafiq Hunaltay

    Sadə idarəetmə

    19.00₼
    Nir Eyal

    Qarmağa keçdinsə

    12.90₼
    Brayan Treysi

    Xarizmanın gücü

    2.99₼
    Harvard Biznes Məktəbi

    Faydalı rəy bildirməyin yolları

    4.20₼
    Andrey Sizov

    Uğurlu satış üçün 55 məsləhət

    3.99₼
    Nadir Adilman

    O gələcək?!

    9.00₼
    Robert T. Kiyosaki

    Varlı uşaq, ağıllı uşaq

    11.99₼