Səbət
    Bu günün marketinqi 4
    Rafiq Hunaltay

    Bu günün marketinqi 4

    10.90₼


    Məhsulun kodu: BM39DD9KCA
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952540369
    Səhifə sayı: 672
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x218
    Çatdırılma: 1-3 iş günü arası.

    Koronavirus pandemiyasının davam etdiyi, qorxunc virusun az qala hamını evə qapatdığı, məhdudiyyət və çətinliklərin bir-birinə calandığı, insanların bir-birindən sözün əsl mənasında uzaq qaçmağa məcbur qaldığı, əlindəkini sərmayə qoymaqdansa “qaragün” üçün bərk-bərk saxlamağa çalışdığı bir şəraitdə biznesin halından danışmaq ilk baxışda bəlkə də yersiz görünür. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır... Amma yox. Məsələyə bir də yeni fürsətlər nöqteyi-nəzərindən baxanda gözümüz önündə tam başqa mənzərə canlanır. Məlum olur ki, böhran iqtisadiyyat üçün əslində immuniteti gücləndirən bir vasitədir. Görəsən, niyə?... Evdən işləməyin doğrudanmı inanılmaz üstünlükləri var? Bəs çatışmazlıqları necə?... Karantin dövründə bir əldə iki də yox, beş qarpız tutmaq olarmı?... Biznes sahələri postpandemiya erasına necə hazırlaşsın?... Marketinq zəkasından necə istifadə etmək lazımdır?... Böhran zamanı alternativ marketinq nə deməkdir?...Adamların küçələrdən yığışıb mobil cihazların içinə “sığışdığı” bir vaxtda küçə reklamları gərəkdirmi?... Şirkətlər yəhudilərə xas biznes qaydalarına keçsə, qazancları çox olar, yoxsa itkiləri?... Müştəri etiraz edəndə nə etməli?... Biznes adamları bu suallarla bəlkə də hər gün üzləşir və onlara cavab verməkdə bir çox hallarda çətinlik çəkir. Müasir marketinq, reklam, biznes və menecment təcrübəsindən bəhs edən “Bu günün marketinqi 4” kitabında bu sualların hamısına dolğun cavablar tapacaqsınız. Aparıcı şirkətlərdə çalışan 68 peşəkarın 243 yazısının biznes adamları, habelə bu sahə ilə maraqlanan hər kəs üçün faydalı olacağına əminik.

    Oxşar kitablar

    Rafiq Hunaltay

    Bu günün marketinqi 5

    13.90₼
    Rafiq Hunaltay

    Sadə idarəetmə

    19.00₼
    Rafiq Hunaltay

    Bu günün marketinqi 3

    9.00₼
    Brayan Treysi

    Satış psixologiyası

    9.99₼
    Mario Leo

    Ronaldonu al

    14.99₼
    Bencamin Qrem

    Ağıllı investor

    19.99₼
    Coy Kolman

    Bir də heç zaman müştəri itirmə

    14.40₼
    Ceffri C. Foks

    Necə böyük rəhbər olmalı

    6.99₼