Səbət
    Yüksək effektli insanların yeddi vərdişi
    Stiven Kovi

    Yüksək effektli insanların yeddi vərdişi

    14.99₼


    Məhsulun kodu: WHYHR4WOYG
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-26-811-9
    Səhifə sayı: 480
    Tərcüməçi: Firidun Ağazadə
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Bu kitab dünya bestselleridir, şəxsiyyətin inkişafı mövzusunda misilsiz bir əsərdir. O, dünyada milyonlarla insana, o cümlədən Amerikanın sabiq prezidenti Bill Klintona, məşhur Larri Kinqə və Stiven Forbsa böyük təsir etmişdir. “Fortune – 500” reytinqinə daxil olan böyük dünya korporasiyalarının bir çoxu “Yeddi vərdiş”də izah olunan effektivlik fəlsəfəsi ilə tanış olmağı öz əməkdaşlarının vəzifə borcu hesab edirlər. Kitab nə haqqındadır? O, hər şeydən əvvəl, həyat məqsədlərini, insan üstünlüklərini müəyyən etməkdə sistemli yanaşmanı izah və təqdir edir. Bu məqsədlər hər kəsdə müxtəlifdir və bu kitab özünü dərk etməkdə və həyat məqsədlərini dəqiq müəyyənləşdirməkdə yaxşı köməkçidir. İkincisi, bu məqsədlərə çatmağın yollarını da göstərir. Üçüncüsü, “Özünü necə təkmilləşdirmək olar?” sualına cavab verir. Burada imicin dəyişdirilməsindən söhbət getmir, mahiyyətcə özünü təkmilləşdirməkdən, daimi kamilləşməkdən bəhs olunur. Bu problemin sadə həll yolu yoxdur, burada möcüzə gözləmək olmaz. Hər cür pozitiv dəyişikliklər vaxt tələb edir, fəaliyyət və inadkarlıq istəyir. Bu kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir. “Həyatınızı dəyişdirməyə qadir olan təsirli kitabdır”. Tom Piters, “Kamillik axtarışında” bestseller kitabının müəllif “Stiven Kovinin “Yüksək effektli insanların yeddi vərdişi” kitabında Stiven Kovi şəxsi və peşəkar problemlərin həllində bütöv, hərtərəfli, prinsiplərə əsaslanan yanaşma təklif edir. İnsan psixologiyasını dərindən bilməklə, biliyini həyat hadisələri üzərində izah edərək prinsiplərə əsaslanmaqla bizə necə yaşamağın yolunu göstərir. “Yüksək effektli insanların yeddi vərdişi” kitabı bizim biznes idarəçiliyinin fəlsəfə və metodlarının dəyişdirilməsində həlledici rol oynadı”. Skip Lefov, Saturn korporasiyasının prezidenti, General Motors “Kitabı oxumaqla sanki əla təlim kursu keçirsən, – “Yeddi vərdiş” haqda oxucuların çoxu belə deyir. Onlar təsdiq edirlər ki, yeddi vərdişə yiyələnməklə bütün həyatlarını dəyişdiriblər, özlərini şəxsiyyət kimi dərk edib peşəkar fəaliyyətə qayıdıblar”. Ken M. Radzivanovski, AT&T Biznes Məktəbi

    Oxşar kitablar

    Şon Kovi

    Yüksək effektli gənclərin 7 vərdişi

    16.99₼
    Ken Blanchard

    Yeni bir dəqiqəlik menecer

    4.99₼
    Luiza L. Hey

    İçimizdəki güc

    9.99₼
    Xədicə Kübra Tonqar

    Bağırmayan uşaqlar

    10.99₼
    Henri Ford

    Həyatım və işim

    11.99₼
    Rayan Holidey

    Stoikin gündəliyi

    13.90₼
    Veks Kinq

    Pozitiv düşün, pozitiv yaşa

    14.99₼