Səbət
    Uzaqdan gələn yağış
    Varis

    Uzaqdan gələn yağış

    8.40₼


    Məhsulun kodu: NIKTJM7BRK
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952520644
    Səhifə sayı: 224
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x205
    Çatdırılma: 1-3 iş günü arası.

    Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir. Ona görə də çalışır ki, şagirdlərinə, illah da qızlara sevgi məsələsində düzgün yol göstərsin, onları mümkün yanlış addımlardan çəkindirsin. İstəyir ki, valideynlərə təsir edə bilsin, onların övladları da mələk kimi məsum Aylanın qandonduran nakam taleyini yaşamasın... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Oxşar kitablar

    Qabriel Qarsiya Markes

    Yüz ilin tənhalığı

    12.90₼
    Çimamanda Nqozi Adiçi

    Amerikanah

    14.90₼
    Cudit Maknaut

    Zərif qələbə

    9.20₼
    Haruki Murakami

    Norveç meşəsi

    12.90₼
    Seyran Səxavət

    Daş evlər

    14.99₼
    Oğuz Atay

    Tutunamayanlar

    17.99₼
    Aqata Kristi

    Keşiş evində qətl

    7.90₼
    Knut Hamsun

    Torpağın bərəkəti

    6.40₼
    Aysel Şıxlı

    Qanadsız mələk

    8.90₼