Solomon nəğməsi
| Məhsulun kodu: | C3GKM376CM |
| Nəşriyyat: | Qanun Nəşriyyatı |
| Dil: | Azərbaycanca |
| ISBN: | 978-9952-36-755-3 |
| Səhifə sayı: | 496 |
| Tərcüməçi: | Azər Əhmədov |
| Cild: | Yumşaq |
| Kitabın ölçüsü: | 145x210 |
| Çatdırılma: | 1-3 iş günü arası. |
Qaradərili olsa da, imkanlı ailədə dünyaya göz açan və tamahkar atasının, sevgidən məhrum anasının himayəsində “yağ içində böyrək kimi” böyüyən, həmyaşıdlarından fərqli həyat sürən Südəmərin ərköyünlüyü get-gedə harınlığa çevrilir... Və xəyalındakı qızıl sorağıyla evlərindən xeyli uzaqlara – dədə-baba yurduna üz tutur. Burada isə gözləmədiyi halda, öz əcdadlarının izlərini aşkarlayır... Heç demə, Amerikanın ayrı-ayrı ştatları da, şəhər-qəsəbələri də, dağ-dərələri də elə onun ulu baba-nənələrinin, mənsub olduğu nəsil-qəbilənin, torpağın adını daşıyırmış... Beləcə, geriyə qızıldan da qiymətli sərvətlə – əcdadları haqqında xatirələr və zatı-kökü haqqında ilginc həqiqətlərlə dönür... Bu onun həyatını büsbütün dəyişir... Və daha çox gerçəkliyə qovuşmaq – gec də olsa, öz kökünə qayıtmaq, əski nəsil-nəcabətinə tapınmaqdan ötrü özünü mövcud ab-havanın ağuşuna atır – həyatı yarıda qırılacaqsa belə... “Çünki o, artıq bilirdi – Şalimarın bildiyini dərk edirdi, Solomonun qayəsini əxz edirdi – yetər ki, özünü havanın ağuşuna verəsən, onda onu fəth edə bilərsən!”