Səbət
    Şantaram
    Qreqori Devid Roberts

    Şantaram

    24.90₼


    Məhsulun kodu: E7L4VK4QIM
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-36-651-8
    Səhifə sayı: 832
    Cild: Yumşaq
    Çatdırılma: 1-3 iş günü arası.

    “Şantaram” – XXI əsrin ən möhtəşəm romanlarından biri oxuculara təqdim olunur. Uçurumun dibindən qayıdıb sağ qalmağı bacarmış insanın bədii mətnə çevrilmiş etirafları möhtəşəm hekayəsi ilə ən çox satılan əsərlər siyahısına düşərək, müasir dövrün Melvilldən tutmuş, Heminqueyə qədər – seçilmiş yazıçıların əsərləriylə eyni sırada öz yerini tutub. “Şantaram”ın qəhrəmanı, müəllifin özü kimi uzun illər qanundan gizlənməli olmuş, boşandıqdan sonra atalıq hüququndan məhrum edilmiş, narkotik maddələr aludəçisinə çevrilmiş, bir sıra qarətlər törətmiş və Avstraliya məhkəməsinin hökmü ilə on doqquz il həbs cəzasına məhkum edilmişdi. O, həbsinin ikinci ilində ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçaraq, bir müddət gizləndikdən sonra Bombeyə yollanır, orada fırıldaqçılarla, qaçaqmalçılarla, silah alverçiləriylə tanış olur, onlarla dostlaşır. Qısa müddət ərzində Hindistan mafiyasının aktiv iştirakçısına çevrilən Lin həm də bu ölkənin sadə və müdrik həyatını bütün çalarlarıyla sevir, onun ürək döyüntülərini hiss edib yaşadığı cəmiyyətin gizlinlərinə nüfuz etməyə çalışır. O, bütün varlığıyla bu həyatın bir parçasına çevrilərək, bütün çirkinliklər içində mənəvi təmizliyin, düşüncənin və insan olmanın simvoluna çevrilə bilir. “Şantaram” kəskin süjeti və eyni zamanda ikinci alt qatda gizlənən fəlsəfəsiylə, xəyanəti, qətli, dostluğu, məhəbbəti, ölümü və “həyat nədir” sualının cavabını özündə ehtiva edən şedevrdir...

    Oxşar kitablar

    Qreqori Devid Roberts

    Dağın Kölgəsi

    29.90₼
    Moris Leblan

    Alicənab soyğunçu

    9.99₼
    Cəlal Bərgüşad

    Siyrilmiş Qılınc

    13.99₼
    Xan Həsən

    Hürr

    9.90₼
    Yerji Koşinski

    Boyalı quş

    13.00₼
    Corc Oruel

    1984

    9.90₼
    Emi Encel

    Ayvinin inqilabı

    9.80₼
    Loren Oliver

    Yıxılmadan öncəki mən

    12.50₼
    Tomas Vulf

    Ölüm - məğrur qardaş

    2.99₼
    Kənan Hacı

    Çərçivələr

    7.90₼