Səbət
    Psixoanaliz və din
    Erix Fromm

    Psixoanaliz və din

    9.99₼


    Məhsulun kodu: 3L1AMRJU7F
    Nəşriyyat: Kosmo Nəşriyyatı
    Dil: Azərbaycanca
    Səhifə sayı: 128
    Tərcüməçi: Elmar Zaman
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x200
    Çatdırılma: 1-3 iş günü arası.

    Psixoanaliz və din əsərində Fromm dinləri psixoloji və sosial cəhətdən təhlil və tənqid edir, insan üzərində yaratdığı təzyiqlədrən danışır, bunu müxtəlif misallarla sübut etməyə çalışır. Freyd və Yunqun da baxış bucağına işıq tutmağa çalışan filosof kitabda dinin həyatımızda tutduğu yerin konturlarını cızır və Din nədir? sualına cavab axtarır. “Konfutsinin, Lao Tsenin, Buddanın, Sokratın, Spinozanın, peyğəmbərlərin sözlərilə dilə gələn bütün böyük dinlər eynidir və insani dəyərləri müdafiə edərək insana önəm verir. Bu humanitar dinlər ağıl, sevgi, ədalətin carçısıdır. İnsan mövcudluğunun məqsədini, insanın ağıl, sevgi qüvvəsindən istifadə edərək azadlıq, müstəqillik əldə etməsi, öz məsuliyyətini daşıyacaq gücə çatması, bununla da həqiqətə yaxınlaşması formasında ortaya qoyur. Freyd din əleyhdarı kimi görünsə də, əslində dinin öz dəyərlərinə sahib çıxaraq onların korlanmasının qarşısını almaq istəyir. Əleyhinə olduğu şey dinin institutlaşmış formalarıdır, çünki din harada cəmiyyətdəki hakim qüvvələrlə əməkdaşlıq edibsə, orada humanitar kökündən uzaqlaşıb”. Əksər hallarda avtoritar din mücərrəd, insanların real həyatına heç bir aidiyyəti olmayan uzaq bir idealı qəbul edir. İndiki halda və zamanda yaşayan insanların həyatı və xoşbəxtliyi “ölümdən sonrakı həyat” və ya “bəşəriyyətin gələcəyi” kimi ideallara qurban verilə bilər. Psevdo-məqsədlər bütün vasitələrə haqq qazandırır, dini və yaxud dünyəvi elitanın əlində öz vətəndaşlarının həyatına nəzarət etmək üçün bir simvola çevrilir. Bu, bizim mürəkkəb sistemli dünyamıza uyğun gələn və müzakirələrə səbəb olan bir kitabdır. Kitab dinin nəyi qaçırdığını göstərir. Psixologiya və din müəllimləri üçün dəyərli mənbədir. Bu kitab psixoanalizin şüuraltı konfliktlərini kəşf etməyə kömək edəcək.

    Oxşar kitablar

    Erix Fromm

    Sevmək sənəti

    11.99₼
    Erix Fromm

    Sağlam cəmiyyət

    13.99₼
    Erix Fromm

    Sevmək sənəti

    5.99₼
    Artur Şopenhauer

    Cinsi sevginin metafizikası

    9.99₼
    Ziqmund Froyd

    Yuxuların yozumu

    13.99₼
    Mustafa Bak

    Uşaq böyütməyin ABC-si

    11.99₼
    Toni Buzan

    Zehin Xəritəsi Ustalığı

    14.90₼