Səbət
    Odlar yurdu
    Ramiz Abutalıbov

    Odlar yurdu

    16.80₼


    Məhsulun kodu: 3RBVLGYGMF
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952494723
    Səhifə sayı: 464
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Kitab 1920-1945-ci illərdə Azərbaycan mühacirətinin siyasi tarixinə və onun təmsilçilərinin ölkəmizin və bütövlükdə Qafqazın müstəqilliyinin bərpası uğrunda mübarizəsinə həsr edilib. Mühacirətdə olan siyasi partiya və təşkilat rəhbərlərinin o dövrdə Azərbaycanın və Qafqazın digər respublikalarının müstəqilliyinin bərpasına maraq göstərən Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi nümayəndələri ilə qarşılıqlı münasibətinə xüsusi diqqət yetirilib. Kitabda əksəriyyəti müəlliflər tərəfindən elmi dövriyyəyə ilk dəfə daxil edilən qiymətli arxiv materialları əsasında ozamankı Azərbaycan siyasi mühacirətinin geniş mənzərəsi təsvirolunub. Əsəri eyni mövzulu başqa əsərlərdən fərqləndirən əsas xüsusiyyət odur ki, burada Əlimərdan bəy Topçubaşının tədqiqatçılar üçün yalnız bu yaxınlarda açılan, əhəmiyyətli sənədlərlə zəngin olan Paris arxivinin materiallarından ilk dəfə və əhatəli şəkildə istifadə edilib. Eləcə də ağır şəraitdə fəaliyyət göstərən Azərbaycanın siyasi partiya və təşkilat nümayəndələrinin Qafqazın digər xalqlarının təmsilçiləri ilə əlaqəli şəkildə çalışaraq təşkilati qurumlar yaratmağa və aktuallığını indiyədək itirməyən inteqrasiya layihələri işləyib hazırlamağa necə nail olmaları barədə ətraflı söhbət açılıb. Əsərin sanballı mənbə kimi mütəxəssislər, müəllim və tələbələr, eləcə də tariximizin qeyd edilən dövrü ilə maraqlanan geniş oxucu kütləsi üçün son dərəcə qiymətli olacağına şübhə yoxdur.

    Oxşar kitablar

    Şarl Lui Monteskyö

    İran Məktubları

    9.40₼
    Əhməd Efe

    Anadolu Səlcuqlu sultanları

    9.99₼
    Müəllif yoxdur

    Kafkasya`da "Ermeni meselesi"

    13.00₼
    Eldar İsmayılov

    Azərbaycanda “Böyük terror”un tarixi

    11.90₼
    Müəllif yoxdur

    Azerbaycan Cumhuriyeti Osmanlı Arşiv Belgeleri

    14.00₼
    Kerolayn Finkel

    Osmanlı İmperiyasının tarixi (1300-1923)

    29.99₼
    Ziya Bünyadov

    Qırmızı terror

    7.99₼
    Həsən Həsənov

    Bakı Qız qalası

    8.40₼
    Neygel Kavtern

    Tiranlar

    11.49₼