Səbət
    Mərtəbələr
    Elxan Elatlı

    Mərtəbələr

    8.90₼


    Məhsulun kodu: CF8CNYYOJU
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952540390
    Səhifə sayı: 284
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x198
    Çatdırılma: 1-3 iş günü arası.

    İbrahimi xoşbəxt ailə başçısı, bəxti gətirmiş kişi saymaq olar. Özü ali təhsilli müəllim olsa da, ailəsini daha yaxşı dolandırmaq üçün işini buraxıb taksi sürür. Həyat yoldaşı Fəridə, dərslərini yaxşı oxuyan iki ağıllı övladı və anası ilə birgə ehtiyac içində də olsa, hər halda şad-xürrəm yaşayır. İbrahimə ən çox qol-qanad verən də elə Fəridədir. Orta məktəbdə müəllimə işləyən Fəridə İbrahimi çox sevir, onun ailəsi naminə fədakarlığına, hər əziyyətə qatlaşmasına yüksək dəyər verir. Özü də çətinlikdən, zəhmətdən çəkinmir, güzəranlarını yaxşılaşdırmaq üçün bacardığı hər işin qulpundan yapışır. Amma bu sadə, zəhmətkeş və xoşbəxt ailənin dincliyi uzun sürmür. Bədbəxtlik bu ailəyə Fəridənin Rusiyada yaşayan bacısı Cəmilə ilə birlikdə gəlir. Cəmilənin əri Akif var-dövləti başından aşan iş adamıdır. İki bacının ailəsi bir ay eyni mənzildə yaşamalı olur. Bu bir ayda Fəridə də dəyişir, uşaqları da... Qonaqlar çıxıb gedəndən sonra o zəhmətkeş, gözü-könlü tox və qürurlu müəllimədən, o ağıllı uşaqlardan əsər-əlamət qalmır. Bacısına həsəd aparan, amma Cəmilənin əri Akifi bu mərtəbəyə qaldırmaq üçün neçə yad kişi ilə oturub-durduğunu bilməyən Fəridə evdə hər gün pul davasına çıxır. Uşaqları da “müəllimə” analarına baxıb atalarından üz döndərir. İbrahim çıxış yolu tapmağa çalışır və məşum bir qərar verir...

    Oxşar kitablar

    Elxan Elatlı

    Alternativ əməliyyat

    8.90₼
    Elxan Elatlı

    Seçilmiş cəza

    8.90₼
    Elxan Elatlı

    Qanunsuz əməliyyat

    8.90₼
    Elxan Elatlı

    Bakıdan gələn xəfiyyə

    7.00₼
    Elxan Elatlı

    Susan qadın

    9.90₼
    Elxan Elatlı

    Görünməyən izlər

    8.90₼
    Elxan Elatlı

    Eksperiment

    8.50₼
    Elxan Elatlı

    Niyə susursan polkovnik?

    8.90₼
    Elxan Elatlı

    Adsız tablo

    8.90₼
    Elxan Elatlı

    Şantaj

    11.90₼