Səbət
    Kiçik gömrük ensiklopediyası
    Təyyar İbrahimov

    Kiçik gömrük ensiklopediyası

    11.90₼


    Məhsulun kodu: XSFQDHGWH1
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952573374
    Səhifə sayı: 356
    Cild: Bərk
    Kitabın ölçüsü: 145x215
    Çatdırılma: 1-3 iş günü arası.

    “Kiçik gömrük ensiklopediyası” gömrük işi sahəsinə dair spesifik və ümumi xarakterli termin, ifadə və anlayışları əhatə edən yığcam məlumat toplusudur. Sorğu-terminoloji nəşrlər seriyasına aid bu vəsaitdə xarici iqtisadi fəaliyyət sahələrində müntəzəm istifadə olunan 2000-dək anlayış, termin və ifadə toplanıb. Gömrük praktikasına dair fakt və hadisələr bu topluda qanunlar, normativ-hüquqi aktlar, normativ-texniki sənədlər və digər materialların təhlili əsasında şərh və xarakterizə olunur. Gömrük sistemi çoxfunksiyalı orqanlardan və mürəkkəb maliyyə kompleksindən ibarət olduğuna görə topluda öz əksini tapan termin və ifadələr də müxtəlif bilik sahələrini əhatə edir. Buna görə də terminlərin spesifikliyi, işlədilən ifadə və anlayışlar öz universallığı ilə seçilir. Ensiklopedik toplu xarici iqtisadi fəaliyyət iştirakçıları, gömrük orqanları əməkdaşları, gömrük brokerləri, bakalavr və magistr pillələrinin tələbələri, habelə bu sahəyə marağı olanlar üçün nəzərdə tutulub.

    Oxşar kitablar