Səbət
    İnsan Ehtiraslarının yükü
    Vilyam Somerset Moem

    İnsan Ehtiraslarının yükü

    13.99₼


    Məhsulun kodu: AWTECQGWMK
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-38-782-7
    Səhifə sayı: 736
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    İngilis yazıçısı Somerset Moem “İnsan ehtiraslarının yükü” romanını 1915-ci ildə yazıb. Azərbaycan oxucusu romanı təxminən 100 ildən son- ra oxuya bilir. Romanda Filip Keri adlı uşağın dörd yaşından otuz yaşına qədər olan həyatı təsvir olunur. Roman XX əsr ingilisdilli ədəbiyyatın 100 ən yaxşı əsəri arasında 66-cı yerdə durur və Moemin şah əsəri hesab edilir. Belə bir əsər dilimizə niyə bu qədər gec tərcümə olunub? Bu, əlbət- tə, yaxşı fakt deyil. Moem hisslər mühəndisidir, insan hisslərini cərrah kimi ustalıqla və amansızcasına təşrih edir. Moem çox amansız yazıçıdır, yaza-yaza obraz- larına ironiya eləyir, həyata, varlığa, dünyaya rişxənd eləyir, klassik ingilis yazıçılarına “ilişir”, çox yerdə sado-mazoxistcəsinə özünə də kinaə eləyir. Təbəssümündə acı gülüş var – sarkazm! Belə bir fikir var ki, roman avto- bioqrafik əsərdir, çünki romanda avtobioqrafik detallar çoxdur. Görünür, özü də dəhşətli adam olub. 90 il yaşayan yazıçı həyatın hər üzünü görüb. Bəziləri romanı “Hisslərin əsarəti” (altında) adlandırıb. Deyilənə görə, yazıçı əvvəlcə romanı “Küldən törəyən gözəllik” adlan- dırıb, sonrakı adını Spinozanın “Etika” kitabından götürüb – “Hisslərin gücü”. Biz əsərin adında “ehtiras” sözünü saxladıq, çünki həyat, yaşamaq bir ehtirasdır, insanın istəyi, məqsədi, niyyəti və cəhdləri ehtirasdır.

    Oxşar kitablar

    Vilyam Somerset Moem

    Qisas

    2.99₼
    Vilyam Somerset Moem

    Seçmə hekayələr

    6.90₼
    Vilyam Somerset Moem

    Teatr

    9.99₼
    Vilyam Somerset Moem

    Ay və altı peni

    7.99₼
    Nikolay Qoqol

    Şinel

    3.99₼
    Anton Çexov

    Darıxdırıcı əhvalat

    2.99₼
    Robert Luis Stevenson

    Doktor Cekil və cənab Haydın qəribə hekayəsi

    3.49₼
    Alexandro Sambra

    Evə qayıtmağın yolları

    4.99₼
    Jül Vern

    Yerin mərkəzinə səyahət

    8.40₼
    Con Maksvell Kutzee

    Gənclik

    5.50₼