Səbət
    İkimiz üçün yeməliyəm
    Annabel Karmel

    İkimiz üçün yeməliyəm

    12.50₼


    Məhsulun kodu: WSVVLU9Q0R
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952310795
    Səhifə sayı: 192
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 192x192
    Çatdırılma: 1-3 iş günü arası.

    Ana olmağa hazırlaşan hər bir qadın düzgün qidalanmağa çalışır. Çünki düzgün qidalanma həm özünün, həm də dünyaya gələcək körpəsinin sağlamlığı üçün çox vacibdir. Bu mənada, Annabel Karmelin “İkimiz üçün yeməliyəm” adlı kitabı hamiləlik zamanı və doğuşdan sonra sağlam və dadlı yeməklər hazırlamaqda sizin əvəzedilməz köməkçiniz olacaq. Hamiləlik zamanı düzgün qidalanma körpənin sağlamlığı üçün ən vacib şərtlərdən biridir. Bu kitabda kulinariya üzrə tanınmış müəllif Annabel Karmel və sağlam qidalanma üzrə mütəxəssis Fiona Hinton sizə hamiləliyinizin hər bir mərhələsinə uyğun gərəkli məsləhətlər və uyğun yemək reseptləri təqdim edir: * 90-dan çox ləzzətli yemək resepti; * vitamin və mineralların düzgün qəbulu üzrə tövsiyələr; * hamiləlik zamanı məsləhət görülməyən qidalar; * səhərlər yaranan ürəkbulanma, o cümlədən yuxusuzluq, qanazlığı və mədə qıcqırması ilə mübarizə üsulları; * körpəniz dünyaya gəlməzdən əvvəl sonra üçün hazırlayıb dondura biləcəyiniz yeməklərlə bağlı məsləhətlər. Annabelin məsləhətləri və 90-dan artıq sadə, lakin dəyərli yemək resepti ilə siz tam arxayın ola bilərsiniz ki, həm özünüz, həm də körpəniz ən sağlam və ən faydalı qidalarla bəslənəcəksiniz! Annabel Karmel işgüzar qadın olmaqla yanaşı, həm də üç uşaq anasıdır, 23 bestseller müəllifidir. Xidmətlərinə görə “Britaniya İmperiyası” ordeni ilə təltif edilib. ”Sağlam körpənin sağlam qidası” və “Doğulandan bir yaşınadək qidalanma” kitabları geniş oxucu kütləsi toplayıb. Müxtəlif dərgilər üçün ana və körpə, eləcə də valideyn-uşaq mövzularında mütəmadi olaraq məqalələr yazır.

    Oxşar kitablar

    Xədicə Kübra Tonqar

    Anacan, mən böyüyürəm

    16.80₼
    Benjamin McLane Spock

    Uşaq və ona qulluq

    19.99₼
    Uilyam Sirs, Marta Sirs

    Sağlam hamiləlik kitabı

    14.00₼
    Yuliya Matyuxina

    Uşağınızın sağlamlığı haqqında hər şey

    14.90₼
    Xədicə Kübra Tonqar

    Anacan, məni tanıyırsanmı?

    16.80₼
    Yuliya Borisovna Qippenreyter

    Uşaqla necə ünsiyyət saxlamalı?

    8.90₼
    Sergey Afanasyev

    Xoşbəxt hamiləlik və doğuş

    13.90₼
    Adəm Günəş

    Uşaq nəyi, niyə edir?

    11.90₼