Səbət
    Gözəl Bahar
    Abdulla Şaiq

    Gözəl Bahar

    8.40₼


    Məhsulun kodu: O9IGDYHO3U
    Nəşriyyat: 3 alma
    Dil: Azərbaycanca
    ISBN: 9789952311549
    Səhifə sayı: 396
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 126x190
    Çatdırılma: 1-3 iş günü arası.

    Azərbaycan ədəbiyyatı tarixində şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınan Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçərək ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır ki, həmin əsərlər məktəblərdə indi də tədris edilir. "Gözəl Bahar" kitabında onun uşaqlar və gənclər üçün yazdığı əsərləri- pyesləri toplanıb. "Şaiq kimdir? İyirmi ildən bəridir ki, bütün Azərbaycan gəncliyi pək gözəl tanıyır. Əvət, hər kəscə: o, çalışqan və təcrübəli bir alim, həssas, nazik bir şair, xüluq səmimi bir insandır. Fəqət məncə: O, gözəçarpan bir çox ulduzlu varlıqlardan daha böyük, daha möhtərəmdir," - Hüseyn Cavid, yazıçı-dramaturq "Əgər Şaiq olmasaydı, " Milli qiraətimiz" yox idi. "Müntəxabat" nəşr olunmamışdı, "Ədəbiyyat " dərsliyindən məhrum idik. Türk çələngini görməmiş, Türk ədəbiyyatını eşitməmişdik. Əgər bu kitablar olmasaydı, məktəblərimiz yoxsul, müəllimlərimiz yalavac qalmışdı. Sözün qısası: onun varlığındakı əhəmiyyətli layiqilə idrak edə bilmək üçün bircə dəqiqəlik yoxluğunu düşünməli!" - Qafur Əfəndizadə, ədəbiyyatşünas, alim

    Oxşar kitablar

    Abdulla Şaiq

    Tülkü həccə gedir

    4.49₼
    Abdulla Şaiq

    Tıq-tıq xanım

    7.00₼
    Abdulla Şaiq

    Kiçik qəhrəman

    8.40₼
    Anar

    Ağ liman

    5.40₼
    Əzizə Cəfərzadə

    Anamın nağılları

    15.00₼
    Müəllif yoxdur

    Dünya nağılları 2

    9.90₼
    Zəlimxan Yaqub

    Zəlimxan Yaqub - Seçmə şeirlər

    10.99₼
    Roald Dahl

    Çarli və şokolad fabriki

    5.99₼
    Ser Stiv Stivenson

    Fironun sirri - Aqata Misteri

    6.00₼
    Lüsi Mod Montqomeri

    Avonleyalı Enni

    10.99₼