Səbət
    Əl yazısı bacarıqları (İş dəftəri)
    Müəllif yoxdur

    Əl yazısı bacarıqları (İş dəftəri)

    3.90₼


    Məhsulun kodu: TSWORKAWHH
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-38-885-5
    Səhifə sayı: 32
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 210x275
    Çatdırılma: 1-3 iş günü arası.

    Uşaq bağçası və 1-ci sinif “Əl yazısı bacarıqları” iş kitabçasına xoş gəlmisiniz! Bu iş kitabçası düzgün yazmaq qabiliyyətini əhatə edir. Sizin uşağınız hərfləri düzgün yazmağı öyrənəcək. Bu, çox vacibdir, çünki hərfin yanlış formalaşdırılması gələcəkdə uşağın yavaş yazmasına səbəb ola bilər. Hər bir böyük və kiçik hərf uşaq tam öyrənənə qədər bir neçə dəfə keçilir. Şən, sadə cümlələrlə əlifba sırası ilə heyvanların adlandırılması uşaqlara bütöv cümlələr yazmağı və hər hərfi düzgün istifadə etməyi öyrədir. Bu və seriyadakı digər iş kitablarından maksimum istifadə etmək üçün bəzi tövsiyələr: Səhifələrə uşağınızla birlikdə baxın, əmin olun ki, uşağınız başlamamışdan əvvəl hər şeyi anlayır; Qısa və requlyar sessiyalar planlayın, hər dəfə 1-2 səhifə işləyin; Uşağınızın cəhdlərini və proqressiyasını (inkişafını) alqışlayın; Uşağınızın öz cəhdlərini yaxşı qiymətləndirməsini həvəsləndirin. Məsələn, deyin ki: “Burda çox qəşəng [A]lar yazmısan! Səncə, hansını daha yaxşı yazmısan?” Öyrənmək sessiyalarını pozitiv təcrübəyə çevirin. Əgər sessiya uşağınız üçün çox çətindirsə, o hazır olana qədər həmin səhifələri saxlayın; Dərsləri uşağınızın dünyasına aid edin. Məsələn, əgər sizin övladınız “S hərfi” səhifəsində işləyirsə, ondan bu hərfi “Stop!” işarələrində və yaxud evinizdə, yolkənarı reklamlarda və s. bu hərfi tapmağını istəyin; Kitabın içində istifadə üçün stikerlər var. Onlar uşağınızın əl – göz koordinasiyasının və müşahidə qabiliyyətinin inkişafına kömək edir. Uşağınızı, başqa fəaliyyətə başlamamışdan əvvəl, bu stikerləri səhifəyə yapışdırmağa həvəsləndirin. Nəhayət, uşağınızın bu seriyanın digər iş kitabçaları ilə təmin olunmasına nəzər salın. Bunlar hamısı bir yerdə uşağınızın məktəbdə güclü bir başlanğıcı təmin etməklə erkən öyrənmə konsepsiyalarını əsaslı şəkildə başa düşməsinə kömək edir. Uşağınıza bu əyləncəli iş dəftəri ilə işləməkdən həzz almasını arzulayırıq!

    Oxşar kitablar

    Müəllif yoxdur

    ABC - Erkən inkişaf üçün

    5.00₼
    Müəllif yoxdur

    İnsan bədəni

    11.20₼
    Müəllif yoxdur

    Nə, harada və nə zaman?

    14.99₼
    Müəllif yoxdur

    Britaniya və İrlandiyanın tarixi

    36.40₼
    Müəllif yoxdur

    Dünya nağılları 1

    9.90₼
    Müəllif yoxdur

    Nadir şah Əfşarın fərman və məktubları

    10.99₼
    Müəllif yoxdur

    Əlifba

    3.00₼
    Müəllif yoxdur

    Cırtdan (Hecalarla oxuyuram)

    1.90₼
    Müəllif yoxdur

    Heyvanlara toxun və hiss et

    10.00₼