Dorian Qreyin portreti
| Məhsulun kodu: | TMI602WXXW |
| Nəşriyyat: | Qanun Nəşriyyatı |
| Dil: | Azərbaycanca |
| ISBN: | 978-9952-36-301-2 |
| Səhifə sayı: | 248 |
| Tərcüməçi: | Samir Bulut |
| Cild: | Yumşaq |
| Kitabın ölçüsü: | 145x210 |
| Çatdırılma: | 1-3 iş günü arası. |
Dorian Qrey yaşca özündən böyük dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O, mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretə hopur. Dorian gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir. Buna dözməyən qız zəhər içərək intihar edir. Öz mənəviyyatının güzgüsü olan bu portretə görə Bezilə nifrət edən Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyi ilə cəsəddən qurtulur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir... Əsər müəllifin ən qalmaqallı və uğurlu əsəridir. Onun öz dili ilə desək, “Bir ruhun hekayəsidir!” Nəşr olunmasından 120 il keçsə də, yenə oxucuları və rejissorları özünə cəlb edir. Onun əsasında otuza yaxın film çəkilib.