Səbət
    Demə ki, qorxuram
    Cüzeppe Katotsella

    Demə ki, qorxuram

    10.90₼


    Məhsulun kodu: 32IXYGEHWG
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952310009
    Səhifə sayı: 308
    Tərcüməçi: Sevil Gültən
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    Bu roman gerçək həyat hekayəsi əsasında yazılıb. Somalidən olan gənc qız risk edir, həyatını təhlükəyə atır, olimpiadada iştirak etmək üçün miqrant kimi Avropaya səfər edir. Hələ 8 yaşından Samiyənin əsas məqsədi qaçmaqdır. O, arzusunu ən yaxın dostu və qonşusu Əli ilə bölüşür. Əli onun "peşəkar məşqçisi" olmağı boynuna götürür. 8 yaşlı Əli onunla məşq edir, onu həvəsləndirir. Samiyənin qaçmaq şövqü hər iki uşaq üçün Somalidəki ağır həyatda bir işıq rolunu oynayır. Samiyə qoçaqdır, istedadlıdır, Somalidən olan məşhur atlet Mo Fara kimi ölkəsini olimpiadada təmsil etmək istəyir. Samiyə ilə Əli bir neçə il gecələr boş stadionda məşq edirlər, çünki ölkədə müharibə başlayıb, gərginlik artıb. İdman ləvazimatları olmasa da, müharibə şəraitində, Somali qadınlarına qarşı sərt qadağaların tətbiq edildiyi bir vaxtda Samiyə dünya səviyyəli bir atlet olur. O, hələ yeniyetmə ikən ölkəsini 2008-ci il Pekin olimpiadasında təmsil edir. Yarışda finiş xəttinə ən sonuncu çatır, Veronika Kempbell-Braun kimi məşhur atletlər isə finişə birinci çatıb bütün stadionu ayağa qaldırır. Samiyə qarşısına 2012-ci il London olimpiadasında iştirak edib uğur qazanmaq məqsədi qoyur. Somalidə isə vəziyyət gündən-günə pisləşir. Samiyə miqrantlar kimi Afrikadan və Aralıq dənizindən keçib Avropaya getmək istəyir. Milyonlarla miqrant kimi o da xoşbəxt gələcək naminə həyatını təhlükəyə atıb qorxunc dəniz səfərinə çıxır və... Cəsur bir qızın unudulmaz həyat hekayəsindən bəhs edən bu kitab həm də qlobal böhrana açılan bir pəncərədir.

    Oxşar kitablar

    Fyodor Dostoyevski

    Nalayiq məzəli əhvalat

    3.99₼
    Jül Vern

    Yerin mərkəzinə səyahət

    8.40₼
    Lev Tolstoy

    Hərb və sülh

    15.40₼
    Erik Emmanuel Şmitt

    Oskar və Çəhrayı xanım

    3.49₼
    Paulo Koelyo

    Aldatma

    9.99₼
    Çingiz Aytmatov

    Dağlar Yıxılanda

    14.99₼
    Xülya Sabirli

    Metanoya

    7.90₼
    Ceymi Bek

    Həsrətdən doğan sevgi

    10.80₼
    Joze Mauru di Vaskonselos

    Şəkər portağalı

    9.99₼
    Corc Sanders

    10 dekabr

    10.00₼