Səbət
    Çöküş
    Alber Kamü

    Çöküş

    5.50₼


    Məhsulun kodu: 4X62OHNBBE
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-26-468-5
    Səhifə sayı: 160
    Tərcüməçi: Cavanşir Yusifli
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    “Çöküş” böyük fransız yazıçısı, Nobel mükafatı laureatı Alber Kamyunun çap edilən son romanıdır. Romanın süjeti günah və günahsızlıq, azadlıq və insan varlığı kimi məsələlər kontekstində inkişaf edir. Bütün bu təsvirlərin, mühakimə və mülahizələrin son nəticəsi odur ki, həyat absurddan başqa bir şey deyildir. Yazıçı bu məsələləri şüur axını metodundan istifadə edərək şərh edir. O dövrün başqa bir böyük ədibi Jan-Pol Sartrın fikrincə, “Çöküş” Kamyunun ən anlaşıqlı və ən gözəl romanıdır. Romanı şah əsəri olan “Ya­d”ın davamı kimi də oxumaq mümkündür. “Çöküş”də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir. O dərəcədə ki, insan özü-özündən iyrənir. Romanda əsas məqam – keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq... kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu – XX əsrin, insan həyatının ən böyük qüsurudur.

    Oxşar kitablar

    Alber Kamü

    Hə ilə yox arasında

    5.99₼
    Alber Kamü

    Yad

    5.99₼
    Alber Kamü

    Sizif haqqında mif

    4.99₼
    Alber Kamü

    Taun

    8.99₼
    Elinor Porter

    Pollianna

    7.90₼
    Xalid Hüseyni

    Çərpələng uçuran

    11.49₼
    Osne Seyerştad

    Kabildə bir kitabçı

    9.90₼
    Səbahəddin Əli

    Quyucaqlı Yusuf

    7.49₼
    Çarlz Dikkens

    Oliver Tvistin macəraları

    14.99₼