Səbət
    Çərşənbə axşamınadək qız tapıldı
    Ketrin Baybi

    Çərşənbə axşamınadək qız tapıldı

    9.50₼


    Məhsulun kodu: IAUESMEIPY
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952515350
    Səhifə sayı: 356
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    “...Bleyk toy gecəsinin necə olacağı haqda fikirləşməmişdi. O, lüks bir hoteldə otaq sifariş vermişdi, həmin axşam taxtda tək yatdı, arvadı isə ondan bir-iki metr aralıdakı yataq otağında yuxuya getmişdi. O, kilsədəki öpüşdən hələ doymamışdı. Atasının vəkillərini inandırmaq üçün Samantanı öpmüşdü, sanki rol oynayırdı. Ancaq Samanta ilə birlikdə kilsədən çıxandan sonra bu rolunu təzədən oynamaq, təzədən təkrar etmək istəyirdi. Samantanın gözlərindəki parıltı, onun gözlərinə baxanda qızarması o demək idi ki, o da özünü eynilə Bleyk kimi hiss edir. Lənət şeytana, Bleyk bu hissləri özündən uzaqlaşdırmalı idi. Müqavilə ilə evləndiyi arvadına qarşı oyanan ehtirası içində boğmalı idi. Həmişə üzünə gülümsəyən, məşuqələri barədə sorğu-suala tutan arvadı onun içindəkiləri hiss etməməli idi. Hələ ilk dəfə Samantanın firmasına gedəndə onun dediyi “siz evləndiyiniz qadınla sevişməyəcəksiniz” sözlərini yadına saldı. Qərara gəldi ki, xanım Harrisondan tezliklə uzaqlaşmalıdır, yoxsa ehtirasını boğa bilməyəcəkdi. Bleyk üstünə örtdüyü adyalı kənara atıb Samantanın otağındakı işığın yanmasını gözlədi. O, artıq Londondakı ofisinə guya ilk baxışdan vurulduğu qızla tez-tələsik etdiyi toy barədə xəbər vermişdi...” “...Bleyk qadının sözlərinə fikir vermədi, onu qucağına alıb yuxarı mərtəbədəki yataq otağına apardı. ...Samanta aşağı düşəndə səhər tezdən idi. Axşam yemək otağının döşəməsində qalan paltarları orada yox idi, stolun üstündəki qablar da götürülmüşdü. Samanta utandı. Evin qulluqçusu ilə aşpazı onların yemək otağında sevişdiyini yüz faiz bilmişdi. Qız Meri ilə Luizanı görəndə onların üzünə baxmağa utandı. Hər ikisi Samantaya qarşı çox nəzakətli idi. Samanta ürəyində fikirləşdi ki, bəlkə Bleyk keçmiş sevgililəri ilə yatandan sonra onlar döşəmədən pal-paltar yığışdırmağa adət ediblər. Avropaya yola düşməmişdən qabaq paltarlarını yığanda Samanta Bleykə bu haqda sual verdi: – Bleyk, sənin paltar dolablarında keçmiş sevgililərinin alt paltarını tapa bilərəmmi? Yəni sənin evində Vanessanın, ya da Jaklinin ayrıca paltar dolabı varmı? Samanta yaxşı bilirdi ki, bu sualı verməli deyil. Amma öyrənmək istəyirdi ki, Bleyk məşuqələri ilə bu evdə sevişib, ya yox...”

    Oxşar kitablar

    Ketrin Baybi

    Cümə axşamınadək aşiq oldu

    9.90₼
    Ketrin Baybi

    Şənbə gününədək subay

    9.50₼
    Ketrin Baybi

    Cümə gününədək nişanlanmalı

    9.90₼
    Ketrin Baybi

    Bazar ertəsinə qədər evlənməli

    9.20₼
    Ketrin Baybi

    Bazar gününədək ürəyini oğurladı

    9.50₼
    Ketrin Baybi

    Çərşənbə gününədək arvad

    7.80₼
    Boris Pasternak

    Doktor Jivaqo

    7.00₼
    Cəlal Bərgüşad

    Bozatın belində

    9.99₼
    Mark Levi

    Onun kimi bir qadın

    12.49₼
    Fransua Moriak

    Keçmiş zamanların yeniyetməsi

    9.99₼