Səbət
    Azərbaycan müasir incəsənəti
    Lesley Gray

    Azərbaycan müasir incəsənəti

    49.90₼


    Məhsulun kodu: QPHEF3EBTJ
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952540260
    Səhifə sayı: 192
    Cild: Bərk
    Kitabın ölçüsü: 265x310
    Çatdırılma: 1-3 iş günü arası.

    Azərbaycan müasir incəsənət səhnəsi dinamik və inkişaf edən icmadan ibarətdir. Bu təmayülün yarandığı 90-cı illərdən bugünədək azərbaycanlı rəssamlar həm ölkə hüdudları daxilində, həm də qlobal icmanın bir hissəsi kimi azərbaycanlı olmağın nə olduğunu araşdırmaq məqsədilə incəsənətin rəssamlıq, heykəltəraşlıq, performans, instalyasiya, video-art və fotoqrafiya kimi müxtəlif sahələrində fəaliyyət göstəriblər. İncəsənət sahələrinin və Azərbaycan rəssamlarının konseptual istiqamətlərinin müxtəlifliyini nəzərə alaraq onları monolit hərəkat kimi müzakirə etmək çətindir. Həmçinin hər rəssam əsərlərinə öz hisslərini qatır. Bu da onların çağdaşları ilə müqayisədə, rəssamları öz ağuşuna alan daha geniş mövzuları təqdim edir. Azərbaycan nisbətən yaxın zamanda Sovet İttifaqının asılılığından azad olduğuna görə ölkənin incəsənəti mahiyyət etibarilə fərdi təcrübə prizması vasitəsilə identiklik və mədəniyyətin ifadəsidir. Bu kitab məhz qeyd edilən hekayələrin müxtəlifliyini nümayiş etdirir. Bununla yanaşı, öz yanaşmasında ensiklopedik olmağa çalışmasa da, Azərbaycanda və diasporada yaradıcılıqla məşğul olan görkəmli rəssamlardan bir neçəsini oxuculara təqdim edir. Kitab oxucuya nəyin Azərbaycan incəsənətini bu qədər cəlbedici etməsini öyrənmək üçün bir dəvətdir. Azərbaycan incəsənəti öz məkanını və zamanını əks etdirsə də, dünya tarixinin bir hissəsi sayılır. Bu kitabda qeyd edilən bütün rəssamlar yerli və qlobal ideyanı əhatə edərək Azərbaycan incəsənətini daha geniş kontekstdə ortaya qoyur. İlk dəfədir ki, bu rəssamlar bir araya toplanır, onların bioqrafiya və praktikaları barədə qısa məlumat verilir. Daha vacib məqam odur ki, kitabda əsas diqqət rəssamların əsərlərinə verilib. Bu əsərlərdəki incəsənəti təsvir etmək üçün isə sözə ehtiyac yoxdur. Kitabın müəllifləri və redaktorları ümid edir ki, bu nəşr bu günün dünyasında incəsənət aləminin ən heyranedici və aktual sahələrindən biri sayılan Azərbaycan müasir incəsənəti ilə bağlı tədris hərəkatına mühüm töhfə verəcək.

    Oxşar kitablar

    Çarli Çaplin

    Səhnə işıqları

    9.99₼
    Konstantin Stanislavski

    Etika

    6.49₼
    Tahir Tahirov

    Sənətkar ömrü

    19.90₼
    Aydın Talıbzadə

    Faciə: Janriçi Mutasiyalar

    7.00₼
    Fikrət İbrahimli

    Ömür səhifələrim

    39.90₼
    Mustafa Çəmənli

    Şərq musiqisinin incisi

    9.00₼
    Rəsul Həsən

    Azərbaycanın qrafik dizayn tarixi

    120.00₼
    İlham Rəhimli

    Azərbaycan teatrı

    21.00₼
    Şarlotta Mallins

    İncəsənətin qısa tarixi

    14.99₼
    Aydın Dadaşov

    Müasir Azərbaycan kinosu

    12.60₼