Səbət
    Nuhun gəmisi
    Fərid Novruzi

    Nuhun gəmisi

    9.90₼


    Məhsulun kodu: CJERI1HSGO
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952563092
    Səhifə sayı: 204
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 138x210
    Çatdırılma: 1-3 iş günü arası.

    İş adamı və səyyah Fərid Novruzi dünya səyahətini uğurla başa vuran ilk azərbaycanlıdır. O, dünya səyahətinə adi vaxtda başlamayıb. Fərid 2020-ci ilin yanvar ayında uzaq səfərə çıxmağa hazırlaşanda nə özünün, nə də başqa kiminsə ağlına gəlməzdi ki, ölüm daşıyıcısı olan qorxulu bir virus ortaya çıxacaq və onun da planlarına xaincəsinə müdaxilə edərək marşrutunu gözlənilməz dərəcədə dəyişəcək. Bunun da nəticəsində səyyah sərhədlərdə çoxsaylı problemlərlə qarşılaşacaq, yük maşınında böyük məsafələr qət edəcək, boş və kimsəsiz hotellərdə gecələyəcək... Bütün bunlara baxmayaraq, Fərid Novruzi heç bir çətinlikdən çəkinməyərək, təhlükələrdən qorxmayaraq, öz yoluna davam edib və 158 gün ərzində təyyarədən istifadə etmədən, yalnız quru və su yolu ilə 60 min kilometrdən çox məsafə qət edib, Yer kürəsinin “başına dolanaraq” öz dünya səyahətini dünya standartlarına uyğun şəkildə uğurla başa çatdıra bilib. Bu kitab həmin səyahət vaxtı onun başına gələn olduqca maraqlı və gözlənilməz macəralardan bəhs edir. Oxucunu əvvəldən axıra qədər gərginlikdə saxlayan kitabı birnəfəsə oxuyacağınıza əminik.

    Oxşar kitablar

    Fərid Novruzi

    Ноев ковчег

    9.90₼
    İradə Qədirova

    Dünya vətəndən başlayır

    13.00₼
    İradə Qədirova

    Eşqin izi ilə - Səfərnamə

    12.00₼